bakhshvar – xoşbəxtlik saxtadır كلمات اغاني
sanki həyat deyil, xəcalətdi bu
baxma nəfəs alıram, bir adətdi bu…
kimin gücü çatsa başqasını əzsin
zəmanəmdə ədalətdi bu
(işçi adlı kölə, diplomlu yalançı)
(yalan,yalan,yalan…)
işçi adı ilə kölə yaradıb
pula sövq edilmiş ibadətdi bu
diplomlu yalançı, oğru, canilər
təhsil deyil, cəhalətdi bu
kişi istədiyini edə biləndir
qadın nə etsə də xəyanətdi bu
yalan ayıb yox qürur sayılır
işini aşırtsan fərasətdi bu
(qaranlıq gecə, xoşbəxtlik saxtadır)
(yalan,yalan,yalan…)
hər ağ gün qaranlıq gecəylə bitir
düşünən yoxdur heç nə ayətdi bu?
xoşbəxtlik saxtadır, dillərdə gəzir
heç vaxt var olmamış rəvayətdi bu
o qədər alçaq bir varlığa döndük
insan ağır sözdü, həqarətdi bu…
dərin nəfəslərim iri addımdır
sona çatmağa məharətdi bu
hər nəfəs ölümü dadacaq
könlümdə bir hacətdi bu
mən ölən zaman “öldü” deməyin!
deyin “yaşamadı”, kifayətdir bu…
(mən ölən zaman “öldü” deməyin!)
(deyin “yaşamadı”, kifayətdir bu… )
sanki həyat deyil, xəcalətdi bu
baxma nəfəs alıram, bir adətdi bu…
kimin gücü çatsa başqasını əzsin
zəmanəmdə ədalətdi bu
(xoşbəxtlik saxtadır)
(yalan,yalan,yalan…)
كلمات أغنية عشوائية
- ryan adams › ryan adams – still a cage كلمات اغاني
- thraxxprincesss › thraxxprincesss – wtw.wav كلمات اغاني
- deevano › deevano – gimme some كلمات اغاني
- lael can › lael (can) – please don’t get close to me كلمات اغاني
- brewer shipley › brewer & shipley – fair play كلمات اغاني
- s8nt elektric › s8nt elektric – s8nt elektric كلمات اغاني
- strawberry pills › strawberry pills – verbal suicide كلمات اغاني
- eyyub yaqubov › eyyub yaqubov – dostum كلمات اغاني
- elif buse dogan › elif buse doğan – samsak döveci كلمات اغاني
- jovanotti › jovanotti – allelu كلمات اغاني