kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

eyyub yaqubov – dostum كلمات اغاني

Loading...

[bənd 1]
axtarıram səni bir röya kimi
nağıllar içində nağıla bənzər
bu dünya yalanı bir riyah kimi
kuzədən badəyə mey kimi süzər

[keçid]
ah, aman, bu yaman məni gözləyir
ayrılıq hər zaman məni izləyir
ah, aman, bu yaman məni gözləyir
ayrılıq hər zaman məni izləyir

[nəqərat]
dostum, bu şəhərdə işıqlar sönmür
bu küçə zülmətlə qaranlıq görmür
nə gecə, nə gündüz ümidlər ölmür
hər ümid içində yaşayıram mən

dostum, bu şəhərdə işıqlar sönmür
küçələr zülmətlə qaranlıq görmür
bu işıq içində alışıram mən
sənin üçün tez_tez darıxıram mən
[şeir]
burada qəmlilərin qəmlərinə
fələklər həmdəm olsa da
bu qərib cəmahətim
camilərdə cəm olsa da

verə bilməz yerini
zülmətin, qaranlığın
verə bilməz yerini
zülmətin, qaranlığın

içində nur yanan azərbaycanımızın
içində nur yanan azərbaycanımızın
ay aman, ey… aman, ey…

[keçid]
ah, aman, bu yaman məni gözləyir
ayrılıq hər zaman məni izləyir
ah, aman, yalanlar məni gözləyir
ayrılıq hər zaman məni izləyir

[şeir]
dostum, bu şəhərdə işıqlar sönmür
bu küçə zülmətlə qaranlıq görmür
qürbətdə yaşayıram, qəribəm
səninçün yaman darıxıram mən
[nəqərat]
dostum, bu şəhərdə işıqlar sönmür
küçələr zülmətlə qaranlıq görmür
bu işıq içində alışıram mən
sənin üçün tez_tez darıxıram mən

dostum, bu şəhərdə işıqlar sönmür
bu küçə zülmətlə qaranlıq görmür
nə gecə, nə gündüz ümidlər ölmür
hər ümid içində yaşayıram mən

dostum, bu şəhərdə işıqlar sönmür
küçələr zülmətlə qaranlıq görmür
bu işıq içində alışıram mən
bu zülmət içində doğuluram mən
sənin üçün tez_tez darıxıram mən
bir sükut içində yaşayıram mən

كلمات أغنية عشوائية

اهم الاغاني لهذا الاسبوع

Loading...