kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

zaur kərimli – necədir halın كلمات اغاني

Loading...

[bənd 1]
gözlər yumulan an gəlirsən yadıma
hər qəmli mahnıların tərkibində varsan
geriyə dönmə, bir az gecdir, gecdir danışma
gecdir səbəbkar axtarmaq, gecdir anlamaq

[keçid]
gün batır yenə mən tək çəkildim kənara
ətrini unutdurmur heç bir tütün, siqara
geriyə dönmə, bir az gecdir, gecdir, danışma
gecdir bilirəm aramaq, gecdir anlamaq
[nəqərat]
necədir halın?
çoxmu darıxdın?
silə bilmərəm mən səni yaddaşımdan, gülüm
özümlə savaşdım

necədir halın?
çoxmu ağladın?
silə bildinmi sən məni yaddaşından, gülüm?
yoxsa barışdın?

[bənd 2]
qəlbim qırıldı, sağalmır yaralar
haradasan, başımın bəlası?
yaz ki, yaxşısan
yaz ki, unutmusan
yaz ki, axtarma daha
bir işarə ver ki, sağmısanmı həyatda?

[keçid]
gün batır yenə mən tək çəkildim kənara
ətrini unutdurmur heç bir tütün, siqara
geriyə dönmə, bir az gecdir, gecdir, danışma
gecdir bilirəm aramaq, gecdir anlamaq (gecdir)

[nəqərat]
necədir halın?
çoxmu darıxdın?
silə bilmərəm mən səni yaddaşımdan, gülüm
özümlə savaşdım
necədir halın?
çoxmu ağladın?
silə bildinmi sən məni yaddaşından, gülüm?
yoxsa barışdın?

كلمات أغنية عشوائية

اهم الاغاني لهذا الاسبوع

Loading...