kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

xatirə islam – sənin kimi كلمات اغاني

Loading...

[bənd 1]
dilim susdu, gözlərimlə
sənə yalvardım, yalvardım
sən yanımda olsan belə
yenə axtardım, axtardım

hər yerdə görünür yerin
od kimi nəfəsin qaldı
gözlərində göz izlərim
qulağımda səsin qaldı
[keçid]
bunu gördün, görməz oldun
bilərəkdən gəlməz oldun
darıxırdım oğrun_oğrun
özüm qəsdən gəlməz oldum

[nəqarət]
heç bir qadın sevilmədi sənin kimi
heç bir kişi üzülmədi mənim kimi
məcnun, kərəm uydurmadır, əfsanədir
onlar belə əzilmədi mənim kimi

heç bir qadın sevilmədi mənim kimi
heç bir kişi üzülmədi sənin kimi
məcnun, kərəm uydurmadır, əfsanədir
onlar da sevə bilmədi sənin kimi

[bənd 2]
soruşma, sənsiz necəyəm?
divanədən fərqim yoxdur
ən böyük sevincim sənsən
səndən böyük dərdim yoxdur

yanır canım, yanır sənsiz
sən olmasan zaman getmir
saatlar dayanır sənsiz
üzün xəyalımdan getmir
[keçid]
bunu gördün, görməz oldun
bilərəkdən gəlməz oldun
darıxırdım oğrun_oğrun
özüm qəsdən gəlməz oldum

[nəqarət]
heç bir qadın sevilmədi sənin kimi
heç bir kişi üzülmədi mənim kimi
məcnun, kərəm uydurmadır, əfsanədir
onlar belə əzilmədi mənim kimi

heç bir qadın sevilmədi mənim kimi
heç bir kişi üzülmədi sənin kimi
məcnun, kərəm uydurmadır, əfsanədir
onlar da sevə bilmədi sənin kimi

heç bir kişi üzülmədi mənim kimi
heç bir qadın sevilmədi mənim kimi

heç bir qadın sevilmədi sənin kimi
heç bir kişi üzülmədi sənin kimi
məcnun, kərəm uydurmadır, əfsanədir
onlar da sevə bilmədi bizim kimi
heç bir qadın sevilmədi sənin kimi

كلمات أغنية عشوائية

اهم الاغاني لهذا الاسبوع

Loading...