kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

xatirə islam – mən bilirəm كلمات اغاني

Loading...

[bənd 1: vüqar əbdülov]
yenə bu atmacalar
sözlər həmən sözlərdir
yenə qıyğacı baxan gözlər
həmən gözlərdir

de görüm bir, nədir qəsdin?
nə dedim ki, yenə küsdün?
de görüm, indi neyləyim
sənin üçün?

[xatirə islam]
məni qoydun gözü yaşlı
ürəyin qapqara daşdır
buna bax
aşiq olubdur mənim üçün?

məni qoydun gözü yaşlı
ürəyin qapqara daşdır
buna bax
aşiq olubdur mənim üçün?

[keçid: xatirə islam]
dön geri, bir daha
gəlmə dalımca
yox yeri, bir daha
gəlmə dalımca
[nəqərat: vüqar əbdülov]
pozulur kef, damağın
süzülür qaş_qabağın
amma gizlin dodağın
altda gülürsən, bilirəm

[xatirə islam]
görüşə gəlməyimi
dərdindən ölməyimi
gizlində gülməyimi
sən də bilirsən, bilirəm

[vüqar əbdülov]
görməyəndə məni
mənsiz üzülürsən, bilirəm
[xatirə islam]
sevgilim, sən mənim
dərdimdən ölürsən, bilirəm

[vüqar əbdülov]
görməyəndə məni
mənsiz üzülürsən, bilirəm
[xatirə islam]
sevgilim, sən mənim
dərdimdən ölürsən, bilirəm
[bənd 2: vüqar əbdülov]
yenə də eyni bəhanə
yenə də dava_dalaş
nəyə lazımdır bu sözlər?
kimə lazımdır savaş?
yenə mən neylədim, ey yar
eləyirsən belə rəftar?
nə olar, gözlərini
süzmə baxanda!

[xatirə islam]
eləmir söz sənə təsir
elə bil məndədir təqsir
heç utanmır da mənim
üzümə baxanda

eləmir söz sənə təsir
elə bil məndədir təqsir
heç utanmır da mənim
üzümə baxanda

[keçid: xatirə islam]
gözlədim, gəlmədin
incidim yaman
gözləməzdim bunu
səndən heç zaman
[nəqərat: xatirə islam]
gözləyirsən sonunu
dəyişirsən donunu
söndürüb telefonunu
tez əkilirsən, bilirəm

[vüqar əbdülov]
telefonum zəng də çalır
yığdığın nömrə qalıb
sən mesajlarımı alıb
sonra silirsən, bilirəm

[xatirə islam]
sevgilim, sən mənim
dərdimdən ölürsən, bilirəm
[vüqar əbdülov]
görməyəndə məni
mənsiz üzülürsən, bilirəm

[xatirə islam]
sevgilim, sən mənim
dərdimdən ölürsən, bilirəm
[vüqar əbdülov]
görməyəndə məni
mənsiz üzülürsən, bilirəm

[xatirə islam – vüqar əbdülov]
sevgilim, sən mənim
dərdimdən ölürsən, bilirəm
görməyəndə məni
mənsiz üzülürsən, bilirəm

sevgilim, sən mənim
dərdimdən ölürsən, bilirəm
görməyəndə məni
mənsiz üzülürsən, bilirəm
mən bilirəm!

كلمات أغنية عشوائية

اهم الاغاني لهذا الاسبوع

Loading...