vüqar əbdülov – bakı bağları كلمات اغاني
[bənd 1]
sən o vaxt bu kənddən qatarla getdin
indi sən yoxsan, qatar da yoxdur
dalınca bir qatar durnalar uçdu
sən gedəndən bır durnalar da yoxdur
dalınca bir qatar durnalar uçdu
sən gedəndən bır durnalar da yoxdur
hər yaz gələndə köçərdiz bağa
çıxardın ağacdan ağ tut yığmağa
hasardan baxardın hey sola, sağa
indi o ağac da, hasar da yoxdur
hasardan baxardın hey sola, sağa
indi o ağac da, hasar da yoxdur
[nəqərat]
nə günlər idi, nə vaxtlar idi
necə şirin, necə də sevimli çağlar idi
istilik var idi, doğmalıq var idi
bir də şahidik sevgimə köhnə bağlar idi
ay, nə günlər idi, nə vaxtlar idi
necə şirin, necə də sevimli çağlar idi
istilik var idi, doğmalıq var idi
bir də şahidik sevgimə köhnə bağlar idi
[bənd 2]
köhnə kənd yerində, şəhər dəbində
şalvarda gəzərdin, əlin cibində
çiçəklər əkərdin divar dibində
söküblər, indi o divar da yoxdur
nərgizlər əkərdin divar dibində
söküblər, indi o divar da yoxdur
uzunsaç kuklana paltar tikərdin
hər gün sığallayıb, saçın hörərdin
mismarla çinarda şəkil çəkərdin
kəsiblər dibindən, çinar da yoxdur
mismarla çinarda şəkik çəkərdin
kəsiblər, o yazıq çinar da yoxdur
[nəqərat]
nə günlər idi, nə vaxtlar idi
necə şirin, necə də sevimli çağlar idi
istilik var idi, doğmalıq var idi
bir də şahidik sevgimə köhnə bağlar idi
ay, nə günlər idi, nə vaxtlar idi
necə şirin, necə də sevimli çağlar idi
istilik var idi, doğmalıq var idi
bir də şahidik sevgimə köhnə bağlar idi
[bənd 3]
səhərlər təndirə çörək yapardın
bir gün bizdən də gəlib odun apardın
axşamlar tavayla tum qovurardın
o tumun dadından heç harda yoxdur
axşamlar çırtaçırt tum qovurardın
o tumun dadından heç harda yoxdur
nə o vaxt bu kənddə kənar var idi
nə bu asfalt, nə “mall”, nə bu bazar var idi
sanki bir sən, bir də vüqar var idi
indi sən də yoxsan, vüqar da yoxdur
sanki bir sən, bir də vüqar var idi
sən köçəndən vüqar da yoxdur
[nəqərat]
nə günlər idi, nə vaxtlar idi
necə şirin, necə də sevimli çağlar idi
istilik var idi, doğmalıq var idi
bir də şahidik sevgimə köhnə bağlar idi
ay, nə günlər idi, nə vaxtlar idi
necə şirin, necə də sevimli çağlar idi
istilik var idi, doğmalıq var idi
bir də şahidik sevgimə köhnə bağlar idi
bir də şahidik sevgimə köhnə bağlar idi
bir də şahidik sevgimə
sən o vaxt bu kənddən qatarla getdin
كلمات أغنية عشوائية
- melissa manchester › melissa manchester – if it feels good (let it ride) كلمات اغاني
- conejo › conejo – sleep with the fishes كلمات اغاني
- dance gavin dance › dance gavin dance – pussy vultures كلمات اغاني
- patty tamares › patty tamares – dios contigo esta كلمات اغاني
- ullanda mccullough › ullanda mccullough – stars كلمات اغاني
- ricky martin › ricky martin – adios كلمات اغاني
- sabrina carpenter › sabrina carpenter – can’t blame a girl for trying كلمات اغاني
- danity kane › danity kane – rage كلمات اغاني
- niykee heaton › niykee heaton – sober كلمات اغاني
- danity kane › danity kane – tell me كلمات اغاني