kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

uran – repə qulaq asın كلمات اغاني

Loading...

[bənd 1]
yolun qırağıyla gedir qaqaş, əlində diplomat
iti addımlar avtomat, gözündə linza eynək
əynində qara pencək, qaqa nöqtə köynək
hamıya örnək, mədəni, ağ dəri uşaq bədəni

ütülü bir az qısa şalvar, babasından yadigar saat
xalasından hədiyyə ətir, hərəkətlər narahat
səliqəli bağlanmış qalstuk, istidən beyni “стук”
“маменькин сыночек” üz_gözü “totuq_motuq”

“бак”_lar qulağının dibindən, “кантовка” təmiz
saçlar daranıb, sığallanıb, bığları biz_biz
səssiz_səmirsiz instituta gedir, qorxur gecikər
müəllim hirslənər, onu döyər, evlərinə zəng edir

yolu keçir piyada keçidindən, qırmızı işığı gözləyir
qızlara baxmır, əksinə _ qızlar onu izləyir
tələbə yoldaşları bizim inteligentdən şübhələnir
bəlkə o da nəsə, gecə bulvarda şellənir

qızlar ona gülür, tuturlar tez_tez “прикол”_a
amma o alicənabdır, özünü qoymur axırıncı yola
müraciət edir siz_lə təpəsinə qoysan karnizlə
çevrilib üzr istəyir günahkar yazıq bənizlə
bilirsiniz niyə o belədir? bilirsiniz söhbət necə?
valideynləri ona eyni sözləri deyib yatmazdan öncə

[nəqarət]
oğlum, repə qulaq asma, ayıbdır olmaz
rep bizim milli mentalitetə heç cür yaraşmaz
gecə yatanda yuxuna girər ordakı sözlər
izlər səni pis vərdiş, bala, özünü gözlə

[bənd 2]
ikinci qəhrəman – eyni tip, yazıq evdə itib_batıb
məhləyə çıxmır, atıb kitab_dəftər önünə, oxuyur dərs
axşam 10 olmamış kəsilir səs
otaqdan eşidilir aramla alınan nəfəs

bəs onun günü necə keçir?
qaqaşın baxacağı tv k_n_lları atası seçir
xəbərlər, istisna halda uşaqlar üçün verilişə baxacaq
axşam hamam, tualet, sağollaşacaq və yatacaq

evdə ancaq muğam, xalq mahnısı yığmaları
20 yaşlı, saqqalı uşaqdan razı doğmaları
qonaqları gələndə evə, o təzə paltar geyinir
ailəliklə şəhərə çıxırlar, urra – o sevinir

saqqız çeynəmir, kariyesdən qorxur
dişlərin 4 saatdan bir yuyur
küçədə anasının səsin bеş kilometrdən duyur
evə yeməyə çağırırlar, o qaçır
mamanın qaranquşu, o qanadlanıb uçur
məktəbdə insan biologiyası dərsində o qızarırdı
qorxurdu, kitabı partanın altına soxurdu
duruxurdu cinsi yetişkənlik haqda еşidəndə
şək!lləri görəndə, qızlar ona baxırdı güləndə

internetin nə olduğunu bilmir, başı ağrayır
evdə 98_ci il versiya dendy oynayır
onun k_miri mario, cırtdan, qaqaş fanat
cizgi filminə baxdın, oğlum? indi get, yat

onu da başa düşün, bilirsiniz o böyüyüb necə?
valideynləri eyni sözləri deyib ona hər gecə

[nəqarət]
oğlum, repə qulaq asma, ayıbdır olmaz
rep bizim milli mentalitetə heç cür yaraşmaz
gecə yatanda yuxuna girər ordakı sözlər
izlər səni pis vərdiş, bala, özünü gözlə

oğlum, repə qulaq asma, ayıbdır olmaz
rep bizim milli mentalitetə heç cür yaraşmaz
gecə yatanda yuxuna girər ordakı sözlər
izlər səni pis vərdiş, bala, özünü gözlə

[bənd 3]
yeri var, yerlə sürünən balaqlar “кроссовка”
iki gündən bir “тусовка”, dörd gündən bir “тайский” masaj
telefonda – mesaj, heç vaxt olmur “мандраж”
tamam ayrı növ qaqaş, açmırıq baş
diribaş şəhər uşağı, cd player, hip_hop
onun dostu küçə, musiqi, basketbol, top
“intim_shop” onu tanıyır, çoxdankı müştəri
həri, qızların nömrələri, adresləri, şək!lləri

diskotekada onu taparsınız əgər itirsəniz
haradasa görsəniz, bilsəniz, kimdənsə eşitsəniz ki
o yoxa çıxıb, deməli nəsə iş var
e_mail_də saysız_hesabsız göndəriş, bildiriş var

evdə tapılmır, 12_dən 24:00_a qədər
uşaq bağçasına getməyib çünki hesab edib hədər
11 il oxuyub məktəbdə, hər gün bir dəbdə
müəllimlər dərsdə, valideynlər üzün görməyib evdə

bilirsinizmi niyə belədir? çünki hər gecə
ona aşağıdakı sözləri deyən olmayıb yatmazdan öncə

[nəqarət]
oğlum, repə qulaq asma, ayıbdır olmaz
rep bizim milli mentalitetə heç cür yaraşmaz
gecə yatanda yuxuna girər ordakı sözlər
izlər səni pis vərdiş, bala, özünü gözlə

oğlum, repə qulaq asma, ayıbdır olmaz
rep bizim milli mentalitetə heç cür yaraşmaz
gecə yatanda yuxuna girər ordakı sözlər
izlər səni pis vərdiş, bala, özünü gözlə

كلمات أغنية عشوائية

اهم الاغاني لهذا الاسبوع

Loading...