uran – gecələrimdə axtarıram كلمات اغاني
[giriş: uran]
elə qalsın, bu həmin mövzudur
qoy getsin
[nəqərat]
gecələrimdə axtarır…
gecələrimdə axtarıram
olur onu
gecələrimə baxıram
oğrun_oğrun
[bənd 1]
yuxum çəkilib ərşə
kimsə düşərdi təşvişə
görsəydi ki, bu işə
neçə kabus qoyub əl
neçə mahmız vurub, at çapıb dörd nal
çarpaz qoyub xətt
necə göz yumub, çap edib dörd bar
yenə qapaz vurub bəxt
suallar dolu, qaranlıq yolu, sükutu pozan xəyallar
narahat dəniz, beyin bir qayıq, dalğalar yazar qayalar
saxta qayğıdan bezib, hə?! insan tək yaşar əzmlə?!
gündə bir dəfə “sevirəm” eşitməsən gün gələr gözündən!
yaxın adamlar sayar salamat qalan gününə salavat
həyat bir sapand kimi, hesabat günü uzanıb salamat
yataq isidir, fikir quyudur, qələm hirsimi soyudur
gözüm zillənib tavana, unudub zamanı, yaxşını, yamanı… ah!
həyat endşpilində şah, amma heç bilinmir tam
çün qoyub nişan, alıb hədəf vurdum beşin qəşəng
vaxtdır, yandır o günə şam, bir sağlıq de möhtəşəm
gəl ruhlarla dərdləşək bu axşam… yox əşi
[nəqərat]
gecələrimdə axtarıram
olur onu
gecələrimə baxıram
oğrun_oğrun
[bənd 2]
oyun _ gedişat, məğlub _ pərişan
qalib _ tərif, şan, ulduz _ sayrışan
pul var, hamı şad
amma bil ki, o da olmur həmişə
vəzifə _ eyni şey
eyni sürücü, fərqli sərnişin
rep vərdişim, rep döyüşüm
rep qayıdışım, rep dönüşüm
göydən düşmə bəndlə dərd işim
edib otaqda gərdişi
beyin bağına dən düşər
verər bar toxum, zərnişan
ağac, ya parazit sarmaşıq
sanki var zibil, amma yox qaşıq
həyat səninlə mırtlaşır
bəzən dörd daşın arası durub yalquzaq, qayıtmaq uzaq
mən çox yatdım deyən, sağaltmaq məni, ayıltmaq lazım
yazım maksimum əgər təbim gəlirsə, hərbi əlbisə
o vaxt əynimdə ikən, yazan əlim indi həmin əldirsə
yollar gizlin həndəsə
tavan _ xəttlər həmləsi
zaman tələsi, addımbaşı cələsi
xoşuna gələsi, başına gəlməsə o kəsin
məni anla, almıram tənəsin
süzüb hennessy, sözlə yumub çənəsin
boş nərəsi təbəqələşir
ilişir, düşür təqaüddə şir
hey, mənim qərdeşim
gördüm adamlar mərd, əşi
üzünü yusun mürdəşir mərdmazarın
o da bir dərd, əşi
dərd yazarı etməyib ev_eşik
rep bazarı _ bacaran döyüşür
intizara, enişə öyrəşib
yox azarın təftişi, məftun oldum səhv işə
yox əşi, zibil!
[nəqərat]
gecələrimdə axtarıram
olur onu
gecələrimə baxıram
oğrun_oğrun
كلمات أغنية عشوائية
- the black angels › the black angels – life song كلمات اغاني
- shaan › shaan – yaar apne ghar jao كلمات اغاني
- shaan › shaan – rama re كلمات اغاني
- the black angels › the black angels – currency كلمات اغاني
- adriana calcanhotto › adriana calcanhotto – oito anos كلمات اغاني
- reverend horton heat › reverend horton heat – lying to myself كلمات اغاني
- espo › espo – insecurities pt. 1 كلمات اغاني
- fred the prodigy › fred the prodigy – bad to me كلمات اغاني
- kingtuff › kingtuff – ultraviolet كلمات اغاني
- jae jin › jae jin – gonna be honest كلمات اغاني