kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

tuncer ali – orda bir yol var uzaqda كلمات اغاني

Loading...

orda bir yol var uzaqda o yol bizim yolumuz
xoşgəldin bəy! batalyon gözləyirdi yolunu
hifz etdin namusu, yüksəltdin bayrağı
qarabağım əmrinə hazır təbriz intizardadı
enən bayraq göyə qalxdı aldı taxtı
rap dilimdə silahdı var hər şeyin öz vaxtı
qaranlıqdan gələn batalyonun əlində ay_ulduz
ay_ulduzum göylərdədi rəsulzadə sağ olsun!
orda bir bəy var uzaqda o bəy bizim bəyimiz
diktatura yerlə yeksan eşitdirdi səsimi
kəsər təbimi sonra öldürər hətta qız gəlini
bayrağını sevən millətim yaşadacaq öz bəyini!
heç yerə gedə bilmədik atəşkəslə
hər bəstə döyüşə xidmət edir xalqım atəşi kəsmə
e_məni qanına boyanacaq torpağın hər zərrəsi
bizə qanımız yetər bu dünyadan xeyir gəlməsin!
orda bir şəhid var uzaqlarda bizimdi
cənnət qatına həsrətlə nifrətimiz əsirdi
buraxın qəfəsdən, kəsilməlidi nəfəslər
oğuz yurduna qulluq yaraşmır lazım tələsmək
bizə bir daş atmalıdı yerindən duran
o daşlar yığılacaq ən sonunda yaranacaq turan
azadlığı istəmirəm zərrə_zərrə qram_qram
ayağa dur azərbaycan! zəncirləri qıraq!
orda bir qarabağ, orda bir təbriz
orda bir qadın bir sabaha başlayacaq ərsiz
orda şəhid _n_ları cənnətə yas saxlayır
orda tanrı dağının bozqurdu türkə ağlayır
orda ərdəbilin gözyaşı qarışır araza
unutsan da faydasızdı vətən yadına salacaq
göydə süzən qaranlığıma damarımdakı ay demişəm
neçə il susmuşam dizimə döyərək “ah_vay” demişəm!
orda boynu bükük bir qərənfil ağlar
orda şəhid cənazələri örtülmədi ağla
orda vətən gedir burda ancaq çal_çağır
geri qayıdır babək yenə dağlarımda at çapır
orda bir leytenant var artıq hay vermir
o batalyonu unudanlar e_məniylə eyni
orda vətənim var qollarından qan sızır
namusumuza ləkə yaxır müasir dünyanın qansızı
orda bir ədəbiyyat nifrətimlə bəslənir
orda nəsimi unudulub müşfiqim qəfəsdədi
orda bir bağ var uzaqda yenə olaydı
azadlıq meydanım bir gecə cəbhəylə dolaydı!
orda kələkidən günəş doğur qalxır sonsuzluğa
burda tanrıdan qəbul görməz hətta onsuz dua
vahid azərbaycanda bayraq daşıyar bir gün
haqqa gedən yolun peyğəmbəri elçisi türkün!
orda bir dar ağacı qurulub “əleyküm salam”
dar ağacının kölgəsində millətimiz kök salar
dönməsək də varmasaq da canım fəda bayrağına
olsun qurban bütün ellər elçibəyin torpağına!

كلمات أغنية عشوائية

اهم الاغاني لهذا الاسبوع

Loading...