tofiq həsənsoy – sonuna qədər كلمات اغاني
[bənd 1]
bilirsən, bəzən insan üçün bir ömür
çox qısa, bəzən də çox uzun
hərə bir cürə yaşayır bu ömrü
amma hamı özündə yox, başqasında axtarır qüsur
bəzən bizə yağış bəhanədir, bəzən günəş
bəzən də yolu keçən qara pişik
amma çox vaxt heç düşünmürük ki
biz hara gedəcəyik və nəyə gəlmişik
[nəqərat]
yanımda ol, canıma dol sonuna qədər
sonuna qədər, sonuna qədər
qoy aparsın bizi bu yol sonuna qədər
sonuna qədər, sonuna qədər
yanımda ol, canıma dol sonuna qədər
sonuna qədər, sonuna qədər
qoy aparsın bizi bu yol sonuna qədər
sonuna qədər, sonuna qədər
[bənd 2]
deyirlər, əbədi yoxdur heç bir şey bu həyatda
belə ki heç həyat özü də əbədi deyil
yaxşı, bu müvəqqəti həyatın mənası
kimdədir, ya da nədədir? deyin
məncə, insanın sevinci, kədəri və duya biləcəyi
hər bir hiss özlüyündə böyük bir vergidir
və bütün kainat zamana tabe olsa da
əbədi qalacaq bir şey var, o da sevgidir
[nəqərat]
yanımda ol, canıma dol sonuna qədər
sonuna qədər, sonuna qədər
qoy aparsın bizi bu yol sonuna qədər
sonuna qədər, sonuna qədər
yanımda ol, canıma dol sonuna qədər
sonuna qədər, sonuna qədər
qoy aparsın bizi bu yol sonuna qədər
sonuna qədər, sonuna qədər
كلمات أغنية عشوائية
- kevim braga › kevim braga – livre pra voar كلمات اغاني
- austin skinner › austin skinner – elegant كلمات اغاني
- untell 언텔 › untell (언텔) – 가시가 되어 (become a thorn) remix كلمات اغاني
- fernando viciconte › fernando viciconte – the freak كلمات اغاني
- yung killah rus › yung killah (rus) – hitman كلمات اغاني
- voez › voez – snow كلمات اغاني
- buddy greco › buddy greco – day in, day out كلمات اغاني
- yugenxkamii › yugenxkamii – wat weet je كلمات اغاني
- cross unikick › $cross , unikick – spit fire كلمات اغاني
- pally og › pally og – blunt كلمات اغاني