tibu km – xeyir-dua كلمات اغاني
[bənd]
dostuma əl uzadıram, o dartır qolu
yəqin ki, dəyişdim mən, yəqin ki, dərdim dolu
yaşadığım ünvan həmən, köhnə parkın solu
hər yola əl atmışam, bircə qalıb haqqın yolu
balaca körpə idim, qaralamayla doldu masa
bilirdim ki, şairlər ən sonunda ölmür asan
əvvəl rapdə arzularım var idi, indi azart
axı bu azərbaycan arzularıma qoydu hasar
başımız dikdir, şükür, gəlməyib kəlmə evə
məni qır, dağıt, döy, sürütlə, amma dəymə evə
və bu gün dünənə baxanda bəlkə gec gəldim evə
amma bir dəfə də eşitmədim desinlər ki, gəlmə evə!
bəlkə də bu mahnılar bu ağrılarçün təsəlli
mən elə uşaqlıqdan böyüklərlə iki əlli
ola bilsin zəif tənliyin edə bilməyim həllin
nə qədər qələm bitib əldə, kaş bilərdi müəllim
bəlkə də qəribə gəlir 24_də bu yaşamım
amma ki, dərk edirəm ki, həll edir pul yaşamı
tənha mirzə hayatınızdan yazacaq bu axşamı
bəs nədən bir mahnıya sevginiz çox yaşamır?
bu hayat bir müddətlik, nə vaxtsa olmayacam
son nəfəsimdə də track çıxartsam, mən doymayacam
ürəyimə daxil olma, ora mən səni qoymayacam
o zirvə zirvə deyil mərmərdə mən olmayınca
nəqarət olmayacaq, bivecəm bu çağımda
bu sözlər körpə kimi düşür vərəqə qucağımdan
bu mahnı istilik verər özgə ev ocağında
nə vaxtsa mənə nifrət eləyənlərin qulaqcığında
meydan da həmin deyil, bu dəbdəbəni apar, tulla
yazırdım tək yaşadığımı, satmırdım beyni pula
bu yolda tanımadıqlarımdan gəldi xeyli dua
bu yolda mənim atam heç verməmişdi xeyir dua
bu zəif çiyinlər həddindən artıq yük daşıdı
mən tək deyiləm, içimdə arzularla bir yaşadım
bu dəqiqqə evlidir mənim ətrafımda hər yaşıdım
amma ki, ata bilmirəm mən bu işlərin başını
və bir gün çağıracam sizi, hamınız sözümə gəlin
hər gecə keçirtdiyim travmalar da gözümə gəlir
mənə danışma sevgidən, bu söz mənə özgə gəlir
sizə gəlməmişdən qabaq qoy əvvəl özümə gəlim
[çıxış]
qoy əvvəl özümə gəlim
sizə gəlməmişdən qabaq qoy əvvəl özümə gəlim
sözümə gəlin
hər gecə keçirtdiyim travmalar da gözümə gəlir
gözümə gəlir
sizə gəlməmişdən qabaq qoy əvvəl özümə gəlim
sözümə gəlin
travmalar da gözümə gəlir
tibu…
xeyir dua…
كلمات أغنية عشوائية
- vigiland › vigiland – friday night كلمات اغاني
- loop › loop – know me better كلمات اغاني
- chris brown › chris brown – parachute كلمات اغاني
- westside gunn conway › westside gunn & conway – machine gun black كلمات اغاني
- robaer › robaer – the one كلمات اغاني
- van sereno feat byron mark › van sereno feat. byron mark – vanity كلمات اغاني
- the voynich code › the voynich code – hope ii كلمات اغاني
- rumpletilskinz › rumpletilskinz – i-n-i كلمات اغاني
- last days fam › last days fam – indigenous soundcheck كلمات اغاني
- michael cavanaugh › michael cavanaugh – too smart to be so stupid كلمات اغاني