kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

the half (band) – birdən ölsək كلمات اغاني

Loading...

[giriş]
birdən ölsək…
bəlkə bədbinlikdən…
yeyib_içib…

[bənd 1]
beynim boş qalır
problem axtarır
necəsə vaxt tapıb
yenidən yaradır

deyirəm, yox halım
amma nə faydası?
gülüm və ağlayım
yaşamaq qaydası var

səhəri açmağın
istəyini yox sayıb
ruhumu aldadıb
boşluğa qaçmayım
nə olar ki, həyatıma məqsəd tapa bilim
mənasız olmağı xoşuma gəlmir mənim
dəyər qat, maddiyyat, qazan, xərclə, sonra yat
ölümdür unutdurur, sona çatır bu şeiriyyat

[keçid]
burax bu söhbətləri
onsuz həyat ötəri
burax bu söhbətləri
onsuz həyat ötəri
[nəqərat]
birdən ölsək, onda neyləyərik?
bəlkə bədbinlikdən əl çəkərik
yeyib_içib daim rəqs edərik
edərik, edərik, edərik

birdən ölsək, onda neyləyərik?
bircə günlük gizlə qəm_kədəri
yaşa bacardıqca, ömür ötəri
ötəri, ötəri, ötəri

[bənd 2]
indini duyuram, oyanır həyat eşqim
sevincə dolduqca doğuluram, doyuram yeni sevgim
sığmaz ikən bədənimdə
kədər gizlənir ən dərində
həmişə onun nəzərindəyəm
yox eləmək öz əlimdə
deyil sanki illərlə üzərimdə çalışmış bir sənətkar var
o qərar verəcək nə vaxtdan başqa bir insan olmaq olar

nə vaxt?
nə vaxt?
nə vaxt?

nə vaxt qədrimi biləcəm?
nə vaxt özümü sevəcəm?
nə vaxt ömrüm bitənəcən
yoxsa belə düşünəcəm?
nə vaxt özümü sevəcəm?
nə vaxt qədrimi biləcəm?
nə vaxt ömrüm bitənəcən
yoxsa belə düşünəcəm?
[keçid]
burax bu söhbətləri
onsuz həyat ötəri
burax bu söhbətləri
onsuz həyat ötəri

[nəqərat]
birdən ölsək, onda neyləyərik?
bəlkə bədbinlikdən əl çəkərik
yeyib_içib daim rəqs edərik
edərik, edərik, edərik

birdən ölsək, onda neyləyərik?
bircə günlük gizlə qəm_kədəri
yaşa bacardıqca, ömür ötəri
ötəri, ötəri, ötəri

كلمات أغنية عشوائية

اهم الاغاني لهذا الاسبوع

Loading...