kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

tamilla ahadova – səni unutsam كلمات اغاني

Loading...

səni unutsam lyrics
mən səni unuda bilmirəm, axı!
unutsam nələri unudam gərək
göylərə baxmışıq aylı gecədə
unutsam, göyləri unudam gərək!

dənizi unudum, ya dalğaları?
xatirən yadımdan çıxaydı barı
payızda xəzanı, qışdasa qarı
baharda gülləri unudam gərək!

sənin xəyalındır həsrətlə baxan
adındır hər saat qarşıma çıxan
qarışıb şəklinə gözümdən axan
ayları, illəri unudam gərək!

de, necə unudum mən səni, necə?
sevgi durna deyil payızda köçə
yuxuma gəlirsən mənim hər gecə
ayları, illəri unudam gərək!
unutsam, göyləri unudam gərək!

كلمات أغنية عشوائية

اهم الاغاني لهذا الاسبوع

Loading...