kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

tacir şahmalıoğlu – şəhid anası كلمات اغاني

Loading...

[bənd 1]
bir oğul böyütdün üstündə əsə_əsə
laylay dedin gecələr ömründən kəsə_kəsə
vətən əsgər çağırdı, tale, qismət bu isə
öpüb alnımdan dedi: ‘’get, ay evimin qalası’’

[keçid]
məktubu aldım o gün sevinib gülə_gülə
oxudum qara xəbəri onu sağ bilə_bilə
öpərək rəsmlərin gözdə yaş gilə_gilə
bildirmədən heç kəsə tutdu qəlbində yasın
tutdu qəlbində yasın…

[nəqərat]
vətən yolunda şəhid olub onun balası
mərd oğlun mərd anası, gəlir şəhid anası
dikmə gözlərini yerə, ana, qaldır başını
xalq qərənfillə bəzər onun məzar daşını
onun məzar daşını…

[bənd 2]
‘’oğul, oğul’’ deyərək bu dərdə dözə_dözə
bu xəyallar içində o gəzir üzə_üzə
toyunda oynamadın sən onun süzə_süzə
qəbri üstündə, aşıq, çal ayrılıq havasın
[keçid]
torpaq oğul istədi, sən verdin, ay ana
ağlamazlar şəhidi, ağlama yana_yana
indi mübariz adı çevrilibdir dastana
üçrəngli bayrağımız onun bəylik libası
üçrəngli bayrağımız onun bəylik libası

[nəqərat]
vətən yolunda şəhid olub onun balası
mərd oğlun mərd anası, gəlir şəhid anası
dikmə gözlərini yerə, ana, qaldır başını
qalx, qərənfillə bəzə onun məzar daşını
onun məzar daşını…

[çıxış]
milli qəhrəman deyir bütün el sənə
bu ad fəxr gətirdi, ay oğul, mənə
əsgərlər də and içib, söyləyib dönə_dönə
biz ilhamla alarıq düşməndən qan qisasını
biz ilhamla alarıq düşməndən qan qisasını

كلمات أغنية عشوائية

اهم الاغاني لهذا الاسبوع

Loading...