kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

süleyman ələsgərov – şamama كلمات اغاني

Loading...

[bənd 1]
mahnıma hünərin verdi ilhamı
sevincdən quş kimi çırpınır ürək
mahnıma hünərin verdi ilhamı
sevincdən quş kimi çırpınır ürək
elə var gətirir sənin zəhmətin
deyirsən: “üzümüz ağ olsun, gərək”

[nəqərat]
ruhlanıb işindən qız, gəlin güləndə
sevinir tarlalar şamama gələndə
ruhlanıb işindən qız, gəlin güləndə
sevinir tarlalar şamama gələndə
şamama gələndə…

[bənd 2]
təbiət oyanıb, dan söküləndə
gülür gözlərində gözü səhərin
təbiət oyanıb, dan söküləndə
gülür gözlərində gözü səhərin
günəştək nurludur halal zəhmətin
ondan işıq alır özü səhərin

[nəqərat]
ruhlanıb işindən qız, gəlin güləndə
sevinir tarlalar şamama gələndə
ruhlanıb işindən qız, gəlin güləndə
sevinir tarlalar şamama gələndə
şamama gələndə…
[bənd 3]
hünərin bəzəyir ana yurdumu
tarlalar qızının şöhrəti solmaz
hünərin bəzəyir ana yurdumu
tarlalar qızının şöhrəti solmaz
nə gözəl söyləyib atalar bunu
aslanın erkəyi, dişisi olmaz

[nəqərat]
ruhlanıb işindən qız, gəlin güləndə
sevinir tarlalar şamama gələndə
ruhlanıb işindən qız, gəlin güləndə
sevinir tarlalar şamama gələndə
şamama gələndə…

كلمات أغنية عشوائية

اهم الاغاني لهذا الاسبوع

Loading...