süleyman ələsgərov – duet (“ulduz” operettası) كلمات اغاني
[bənd 1]
göz qaralır, baş fırlanır, adam solur eşqdən
gör dünyada nələr olur, nələr olur eşqdən
mən də sərbəst bir adamam, yoldaşam qadınlara
polad kimi ürəyim var, sevgi hara, mən hara?
[nəqərat]
adın nədir?
züleyxa
aşiq olmazsan?
yox, ha
[bənd 2]
heç bilirsən eşq nədir? kişilərin kələyi
heç bilirsən eşq nədir? kişilərin kələyi
mən sevmirəm, o ad ilə min cür yalan deməyi
qadın, kişi bərabərdir, sevgi nədir, eşq nədir?
avaralıq eləmək üçün bunlar bir bəhanədir
[nəqərat]
adın nədir?
məhəmməd
sözümüz sözdür?
əlbət
di başla
[bənd 3]
mən bilirəm, sənin kimi yoldaş tapmaq çətindir
məhəmmədin yoldaşlığı əzimlidir, mətindir
biz dost olaq axıracan, axıracan bir olaq
həyatda bir yol götürək, əməkdə əlbir olaq
[nəqərat]
adın nədir?
züleyxa
aşiq olmazsan?
yox, ha
[bənd 4]
mən sevmirəm hər tin başı tənbəl yatan kişini
mən sevmirəm hər tin başı tənbəl yatan kişini
adam gərək, namus ilə başa verə işini
əlini ver, məncə, budur sənlə mənim məqsədim
sənin kimi üzüyola mən dünyada görmədim
[nəqərat]
adın nədir?
məhəmməd
sözümüz sözdür?
əlbət
di gəl dalımca
كلمات أغنية عشوائية
- sakreda › sakreda – никогда (never) كلمات اغاني
- ivy peloski › ivy peloski – femme fatale demo كلمات اغاني
- nielson › nielson – soms كلمات اغاني
- ulqui › ulqui – candyshop (etna) كلمات اغاني
- girls with attitude › girls with attitude – you know كلمات اغاني
- lost to the void › lost to the void – millimeter from murder كلمات اغاني
- oscar auliq ice › oscar auliq-ice – these streets ain’t for the faint-hearted كلمات اغاني
- maki hrv › maki (hrv) – leptiri كلمات اغاني
- billie holiday › billie holiday – practice makes perfect [take 2] كلمات اغاني
- maisa cyz › maisa & cyz – varinha de condão كلمات اغاني