kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

şövkət ələkbərova – solmazın mahnısı (“od gəlini” pyesindən) كلمات اغاني

Loading...

[bənd 1]
mən bir solmaz yarpağam ki, çiçəkləri bəzərəm
mən bir susmaz duyğuyam ki, ürəkləri gəzərəm
mən bir qızam, sevdiyimçin cəfalara dözərəm
sənsiz güllər açılmasın
açılmasın, axar çaylar dayansın
oxu, bülbül, bəlkə yarım oyansın

[bənd 2]
mən bir sönməz ulduzam ki, daim işıq saçaram
mən bir oynaq bülbüləm ki, güldən_gülə uçaram
mən bir bağlı aləməm ki, sevgilimdir açarım
sənsiz günəş görünməsin
görünməsin, qaralara boyansın
oxu, bülbül, bəlkə yarım oyansın, oyansın, oyansın
yarım, yarım…
ah_ah_ah…

كلمات أغنية عشوائية

اهم الاغاني لهذا الاسبوع

Loading...