kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

şövkət ələkbərova – qızıl üzük كلمات اغاني

Loading...

[bənd 1]
üzüyümün qaşı firuzədəndir
könlüm açılmayır bu gün, nədəndir?
ağır gündə, dost əlindən bərk yapış
böyük duyğu ömrü bahar edəndir
böyük duyğu ömrü bahar edəndir

[bənd 2]
bulud gələr, çiskin çilər, nəm eylər
yar yarından ayrı düşsə, qəm eylər
sevgilimdən necə qalım aralı?
hər baxışı qəlbə yüz məlhəm eylər
hər baxışı qəlbə yüz məlhəm eylər

bənd 3
bizim bağlar, çöllər xoş bir tamaşa
sonalar göllərdə süzürlər qoşa
necə çətin olsa ömrün yolları
birlikdə yorulmaz, vurarıq başa
birlikdə yorulmaz, vurarıq başa

كلمات أغنية عشوائية

اهم الاغاني لهذا الاسبوع

Loading...