kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

şövkət ələkbərova – oxu, tar كلمات اغاني

Loading...

[nəqərat: şövkət ələkbərova]
oxu, tar, oxu, tar
səsindən ən lətif şeirlər dinləyim
oxu, tar, bir qədər
nəğməni su kimi alışan ruhuma çiləyim
ey geniş kütlənin şirini, şərbəti
alovlu sənəti
ey geniş kütlənin şirini, şərbəti
alovlu sənəti

[bənd 1: islam rzayev]
zilin var, vəsətin, bəmin var
sənin də quşların dəmindən ayrılan
bir özgə dəmin var
zilin var, vəsətin, bəmin var
sənin də quşların dəmindən ayrılan
bir özgə dəmin var

səni də avara eyləmiş
dağınıq telli bir zərəfşan
onunçün segahın danışır
pərişan, pərişan

o sarı simlərin lisanı
salmazmı heyrətə insanı?
o sarı simlərin lisanı
salmazmı heyrətə insanı?

[nəqərat: şövkət ələkbərova]
oxu, tar, oxu, tar
səsindən ən lətif şeirlər dinləyim
oxu, tar, bir qədər
nəğməni su kimi alışan ruhuma çiləyim

oxu, tar
səni kim unudar?

ey geniş kütlənin şirini, şərbəti
alovlu sənəti
ey geniş kütlənin şirini, şərbəti
alovlu sənəti
you might also like

كلمات أغنية عشوائية

اهم الاغاني لهذا الاسبوع

Loading...