kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

rasim müzəffərli – sən getdin (neylərəm) كلمات اغاني

Loading...

[bənd 1]
sən getdin, elə bil dünya boşaldı
yaz da köçüb getdi, yeri boş qaldı
bahar ürəyimi sənsiz qış aldı
mən yaza vurğunam, qışı neylərəm?!

neylərəm, neylərəm, neylərəm?!
mən yaza vurğunam, qışı neylərəm?!

[bənd 2]
eşqimi aparıb sən getdin, demək
eşqsiz bir könül nəyimə gərək?
sinəmdə daş oldu o gündən ürək
sinəmdən asılan daşı neylərəm?!

neylərəm, neylərəm, neylərəm?!
sinəmdən asılan daşı neylərəm?!

[bənd 3]
həmişə ayrıyıq – gecə_gündüzük
birimiz təpəyik, birimiz düzük
üstünün qaşıyla tanınar üzük
əgər üzük yoxsa, qaşı neylərəm?!

neylərəm, neylərəm, neylərəm?!
əgər üzük yoxsa, qaşı neylərəm?!

[bənd 4]
həmişə sənsizəm, mən niyə sənsiz?!
nə yerə baxmaram, nə göyə sənsiz!
mən ki kor olmuşam hər şeyə sənsiz
kor gözün üstündə qaşı neylərəm?!

neylərəm, neylərəm, neylərəm?!
kor gözün üstündə qaşı neylərəm?!
neylərəm, neylərəm, neylərəm, neylərəm, neylərəm?!
kor gözün üstündə qaşı neylərəm?!

كلمات أغنية عشوائية

اهم الاغاني لهذا الاسبوع

Loading...