kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

raphaellogy – jupiter كلمات اغاني

Loading...

hook
eyni qalmalı
ya dəyişməli və yada salmalı
keçən hər şeyi, məndən almalı
ulduzları, amma çalmalı

musiqini və geri qalxmalı
susmamalı, yenə çaxmalı
parıldayan aylar sönərsə bir gün
jupiterə baxmalı…

verse 1
hələ də eyni gəmidəyəm
qabağımda uzun bir yol
sonu işıq amma qaranlıqda
təkliyə dəydi mi deyə bilmərəm

dedikləri kimiysəm əgər
yavaş_yavaş gəzən, hamını əzən
hirsləndirən bəzən
və hər kəsi yenə dinləyən

yox, o günlər geridə qaldı
nə qədər istəsəm də geri dönməz artıq
çox gözləmək geriyə saldı
bunu dərk eləmək elə bil özü asandı
yuxularım hisslərimin ikinci aynası kimi
öz kabusumu özüm qazandım
hər kəsdən üstün olduğumu düşünürdüm
öz dünyamda özüm azaldım

inanıram hər şeyin bir səbəbi var
yəni yaşadığım günlər niyə ağlımda qalacaq?
ətrafı eşidir də hədəfi kar
bunu bir mən, bir də o anlayar ancaq

sorğulasan sənə qatdıqlarını birdən
əlindəkilər də səninlə yanacaq
bir gün ömrüm var məqsədim bir dildən
deməyimizdir mənimdir sancaq

hook
eyni qalmalı
ya dəyişməli və yada salmalı
keçən hər şeyi, məndən almalı
ulduzları, amma çalmalı

musiqini və geri qalxmalı
susmamalı, yenə çaxmalı
parıldayan aylar sönərsə bir gün
jupiterə baxmalı…
verse 2
dəyişməyən tək şey niyə dəyişimdir?
tuturlar yaxamdan silahı çıxarıb
qəlbimə dayayıb da deyirlər ki, dəyiş indi
necə?
çalışsam da gecə_gündüz, yolum dümdüz qarışmıram heç kimə, olsam da üzsüz
rahatam öz zehnimdə
çünki bu tək işimdi

gəlmisən və yanımdasan sanki
aşa bilmədiyim o qədər məsafələr var ki
yaşa dolur olsam belə yenə başa sal ki
dolum daşım o dağın üstündəki qar ki_

miyəm bu gün xoşbəxtcə yaşamağa varkən
ruhum azadkən, qəlbim atarkən
kainatlardan üstümə düşən kölgələr
önümdə durmuş, maska taxarkən

həyatım o qədər qəribə bir hal
aldı, xəyalındakı yaşı daşı minimal
dəyişən nə oldu de saylardan başqa
içindəki uşağa niyə demədin ki qal?

məcnun ol uzaq dur çöllərdən
heç bir fərqim yox yaşayan ölülərdən
hər gecə yatmağa çalışırkən hələ də
biri səslənir mənə göylərdən…

كلمات أغنية عشوائية

اهم الاغاني لهذا الاسبوع

Loading...