kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

promete – yazmır h.o.s.t (11 mart versiyası) كلمات اغاني

Loading...

[giriş]
getdik!

[nəqərat]
deyirlər, yazmır h.o.s.t _ axı mən nə yazım dost?
deyirlər, yazmır h.o.s.t _ axı biz kimik _ toz
deyirlər, yazmır h.o.s.t _ yazırıq, əməl olunmur
ancaq söz, ancaq söz, ancaq söz, ancaq söz!

deyirlər, yazmır h.o.s.t _ axı mən nə yazım dost?
deyirlər, yazmır h.o.s.t _ axı biz kimik _ toz
deyirlər, yazmır h.o.s.t…
ancaq söz, ancaq söz, ancaq söz, ancaq söz!

[bənd 1]
yazırıq sözümüz bol, gedirik izimiz yol
qulağında səsimiz (voo), səmimiyyət sayılmır rol
biz deməyinə deyək, hanı bəs əməllər bro?
istənilməz şeylər olur, label_a dönüb pro

səsim gəlir mənim 07 markalardan
amma ki, bu sözlərə görə yox, beat’lərə görədir, məncə
deməli, bu millətin beynindədir problem
biz isə axtarırdıq problem başqa yerdə

şəhərin altı, üstü tüstü yanıq cavanlarla
baxırsan, elə bil ki, ac_yalavac canavardırlar
başları da bir_birindən boş (dum, dum, dum)
bunları almaq olar bir_iki dini qonorarla
açıram zibilləri, birinci iy məni vurur
yazıram sətirləri, üstələyir milli qürur
ona görə sevgidən bol_bol yazıram axır vaxtlar
deməsinlər başqa yerdə, sənin də millətin budur

[nəqərat]
deyirlər, yazmır h.o.s.t….
deyirlər, yazmır h.o.s.t _ axı biz kimik _ toz
deyirlər, yazmır h.o.s.t…
ancaq söz, ancaq söz, ancaq söz, ancaq söz!

deyirlər, yazmır h.o.s.t….
deyirlər, yazmır h.o.s.t _ axı biz kimik _ toz
deyirlər, yazmır h.o.s.t…
ancaq söz, ancaq söz, ancaq söz, ancaq söz!

[bənd 2]
əlimdə qələm, elə bil ssri_in orağıdır
sağa_sola hərəkət etdikcə, biçir, tökür yerlə bir
çaqqaların ulaşması, qurdların uyumağıdır
daha dərin baxaq, görək məsələ nə yerdədir?!

üsyankar gəncliyimiz içkinin ağuşunda
mentalitet əksinə olmaq demək deyil şərəfsizlik
mən enirəm sizin zirvələrin yoxuşundan
məncə, yoxdur burada səmimilik, qərəzsizlik
tv_lər çalır layla, xorultudan qulaq batır
dona bürünür olaylar, cavanlarsa çolaq qatır
dünyanı dəyişmək istəyən beş_altı nəfər varsa
onlar da indi futbola baxır, çünki hesab atıb

qarabağ da bizimdir, dost, inan ki, zəngəzur da
sarı gəlin, ərəbin muğamı və qara zurna
əlindən pultu buraxma, k_n_llarını çevir
əziyyət çəkmə, seriala bax, yerindən də durma

[nəqərat]
dеyirlər, yazmır h.o.s.t _ axı mən nə yazım dost?
deyirlər, yazmır h.o.s.t _ axı biz kimik _ toz
deyirlər, yazmır h.o.s.t _ yazırıq, əməl olunmur
ancaq söz, ancaq söz, ancaq söz, ancaq söz!

deyirlər, yazmır h.o.s.t _ axı mən nə yazım dost?
dеyirlər, yazmır h.o.s.t _ axı biz kimik _ toz
deyirlər, yazmır h.o.s.t _ yazırıq, əməl olunmur
ancaq söz, ancaq söz, ancaq söz, ancaq söz!

كلمات أغنية عشوائية

اهم الاغاني لهذا الاسبوع

Loading...