promete – qəribə vaxtlar كلمات اغاني
[bənd 1] [promete]
fikirlər – onlar heç vaxt gəlmir qəfildən
onlar şüuraltına çökmüş şək!llər…
bəzən illər lazım olur bir ideyanı tamamlamaqçün
amma hər gün oturub bir şey qaralamaqçün
ətrafda səbəblər çox, həyat tələblər çox
yaşlanırıq – sevinc əvəzi gərilir əsəblər çox
kim deyir ki, yaşlı olur müdriklər? yox!
tanıdığım cavanlar da var
uşaqlığımın qəhrəmanı _ anar
fikirləriylə formalaşırdı cavanlar, vaxt var idi
qəribə vaxtlar idi, axşamlar həyətə düşərdi hamı
xəbərləri bölüşməkçün
indiysə facebook_da toplanırlar görüşməkçün
az qalıb surroqata dönüşməkçün
insanlar çox dəyişib. bu pisdir, yoxsa yaxşı?
hərənin öz baxışı
fərqli baxışların səbəbkarı _ həyat naxışı
kimdəsə cütdür maşın, kiminsə yox balışı
kimsə sevir yağışı…
[bənd 2] [anar nağılbaz]
kiminsə birdir həyata gəlişiylə, alışı
kimdəsə çoxdur yaxşı, kimdəsə yoxdur yaxşı
kimə qurmaq, kimisinə də soxasoxdur yaxşı
hərənin öz baxışı, hərənin öz naxışı
bir də vaxt var idi, yaxşı vaxtlar idi
yolumuz işıqlı, ətrafımız dostlar idi
enerji çox, sual çox, işimiz aşkar idi
elə fikirləri formalaşdıran insanlar idi
bizə dövrümüz deyildi qeyri_adi
adi gəlirdi bizə əhvalatı, hərəyə bir qaraltı
hərənin öz saatı, çatırdı imkanatı
kiçik bir dövlətin insanlarının böyük həyatı
böyükdür sualları, böyükdür duaları
kiçikdir böyük dövlətlərlə dostluq xəyalları
ölüb gedir ərlər, yüz il eyni xəbərlər, fərqli ifa eyni əsərlər…
əslində kiminsə yüz il əvvəl yazdığı sətri
deyirik bu gün fərqli
budur bizim dövr!
bilinmir hələ tarixdə necə edəcək izim dövr?
hmm, dostum mete, ötür siqareti
bəlkə sadəcə bir flashcard_ıq biz, xəbər ötürücü…
bəlkə xatirələrimizin gücüdür, sözlərin gücü…
həyata maraq edən biri var idi _ mənəm o
ətrafı xanımlar, dostlar idi _ mənəm o
bu gün bəzi ölüb, bəzi başqa_başqa diyarda
bəzi başqa_başqa fikir, başqa_başqa xəyalda
dəyişir həyat, qəbulun dəyişir
qovluqlar yeni, fikirlər şablon dəyişir
gözəllər gözəlləşdikcə abrın dəyişir
üsullar köhnə üsuldur, sabun dəyişir
nə yaxşı var ritm, bu gün səninlə dedim
təbiətdən törəndik, yenə ruh təbiətin
cəmiyyətə qaynayıb qarışmalı, alışmalı
keçmişi unutmayıb, bu gününlə barışmalı
ya da fikirlərini paylaşıb, bir toplaşmalı
yeni bir məna üçün qırışmalı, savaşmalı…
gözlərimiz yol çəkir, axır axın_axın fikir
başqadır fəlsəfəsi – insanlar birdir…
[bənd 3] [promete]
insanlar birdir və insanlar bilmir
insanlar bildiyi həqiqətləri dinmir
bəlkə bildiklərmizi biz paylayaq, hamı bilsin!?
bəlkə də bu ən böyük tilsimdir ki
kimsə edib bizi dilimizə təslim, bu bir tərslik
və bu barədə yoxdur heç bir ədəbiyyat, heç bir dərslik
həyatımızı bürümüş sərt bir nəhslik
niyə üzümüzə qırışlarla birgə qonur səssizlik!?
kimsəsizlik, tənhalıq
darıxmaq hissinin özü üçün darıxmaq
suallar burulğanında vurnuxmaq
hər şeyin yaxşı olacağı barədə inam hissi uzaqlarda
artıq əvvəlki tək sevinc vermir uşaqlar da
daha yumşaq, daha həzin musiqilər qulaqlarda
daha axmır göz yaşı da yanaqlardan
içəriyə yol tapıblar, ümidlərə yem olublar
ümidlərsə hələ də sağdır, yaşsa sayır əksimizə
güzgülərdə yadlaşırıq əksimizə
artıq varan da yox fərqimizə
nəzərlərdə yox oluruq
özümüzə dost oluruq…
mümkünsüz hadisələr baş verirlər
itirilməz insanlar baş daşına çevrilirlər
ömür nədir?
fikirlərin qoynunda səfərlər?
fikirlər – onlar heç vaxt gəlmir qəfildən…
كلمات أغنية عشوائية
- christtt › christtt – hell .iii كلمات اغاني
- abated mass of flesh › abated mass of flesh – within the confines of mortiferous lamentation كلمات اغاني
- inertia › inertia – arisaka كلمات اغاني
- jay screw › jay screw – gallo كلمات اغاني
- paulo kalu › paulo kalu – então bora كلمات اغاني
- richard wollyce › richard wollyce – insane كلمات اغاني
- fl vco › fl.vco – what do i know كلمات اغاني
- offo tokyo › offo tokyo – 雨のmonday (ame no monday) كلمات اغاني
- johnny lopez official › johnny lopez official – make me a drink كلمات اغاني
- xavier sharp › xavier sharp – driftin’ كلمات اغاني