promete – mən dəyişəcəm كلمات اغاني
[bənd 1]
səsimə səs gəlmir, mən tək qalmışam
bəlkə, qorxulu yuxu, mən yatmışam?
bəlkə də, ölmüşəm, sona çatmışam
amma yox, hələ hazır deyiləm axı
mənə baxın, məni görün, məni dəli bilin, amma dindirin
hələ yaşamağa eşq bol, daşımağa yük bol
tək bir yol, tək bir gün mənə bəs edər!
mən dəyişəcəm!!!
[nəqərat]
mən dəyişərək hamı kimi ola biləcəm
hamı kimi ölə biləcəm, ən azından
ruhumu buraxıb bədən ola biləcəm
hamı kimi ölə biləcəm, ən azından
mən dəyişərək hamı kimi ola biləcəm
hamı kimi ölə biləcəm, ən azından
ruhumu buraxıb bədən ola biləcəm
hamı kimi ölə biləcəm, ən azından
[bənd 2]
hər səhər diş fırçası dostum
qara kostyum, ağ köynək, qalstuk_m
hər şeydən üstün işim olacaq
heç nə haqqında düşünmədən
durmadan işləyib bir gün ayılacam ki
40 yaşım olacaq
xoşbəxt olacam onda
yanımda oğul_uşaqlarım, həyat yoldaşım olacaq
iti yaddaşım olacaq
kommunal borcların hamısını
yadda saxlaya biləcəm mən
mən dəyişəcəm!!!
[nəqərat]
mən dəyişərək hamı kimi ola biləcəm
hamı kimi ölə biləcəm, ən azından
ruhumu buraxıb bədən ola biləcəm
hamı kimi ölə biləcəm, ən azından
mən dəyişərək hamı kimi ola biləcəm
hamı kimi ölə biləcəm, ən azından
ruhumu buraxıb bədən ola biləcəm
hamı kimi ölə biləcəm, ən azından
mən dəyişərək hamı kimi ola biləcəm
hamı kimi ölə biləcəm, ən azından
ruhumu buraxıb bədən ola biləcəm
hamı kimi ölə biləcəm, ən azından
كلمات أغنية عشوائية
- sinxi › sinxi – complicated كلمات اغاني
- husayn › husayn – dawletna | دولتنا كلمات اغاني
- лера яскевич lera yaskevich › лера яскевич (lera yaskevich) – рух (movement) كلمات اغاني
- the wombles › the wombles – madame cholet كلمات اغاني
- that kind › that kind – stuck in my head كلمات اغاني
- tilden parc › tilden parc – wya كلمات اغاني
- 陳星翰 starr chen › 陳星翰 (starr chen) – 早上 papapa (feat. j.sheon) كلمات اغاني
- pil c › pil c – classy كلمات اغاني
- stevie flowers › stevie flowers – crazy كلمات اغاني
- busani mc richie › búsani, mc richie – teletubbie كلمات اغاني