promete – illuziya كلمات اغاني
[bənd 1] [promete]
doludur qəmli sətirlərlə kitablar
bilinmir ki, indi sevincdən kim ağlar
daha əvvəlkitək çağlamayan bulaqlar var
içimdə siyasətdən doğulmamış uşaqlar var
daxmalardan qaçanlarıq biz
şəhərlərdə çox qələbəlik, qalmır iz
bir gün özümü itirsəm, kim anlar ki
qələmi vərəqə daha da sıx
tətiyi gicgahda düşün, artsın cəsarət
vur!
içinə qonan qarğaları uzaqlara, çox uzaqlara uçur
və yalnız yalançılar ən gərəkli anlarda susur!
yalançılıq _ bu deyil qüsur
bu təbii fəlakət, bu mədəni xəyanət
bu bədəni zəmanət altında beyinə ticarət
bu, yabanı bitki kimidir
bitdiyi yerlərdə xarabalıqdan olur əlamət
və nəqarət…
[nəqərat] [səbinə rəhimova]
gec qalmaqdan qorxmamaq
irəli getmək, geriyə baxmamaq
qonaq edə bilməyəcəyəm səni dünyama
xoş gəlmisən dar daxmama
gec qalmaqdan qorxmamaq
irəli getmək, geriyə baxmamaq
qonaq edə bilməyəcəyəm səni dünyama
xoş gəlmisən dar daxmama
[bənd 2] [promete]
həyat düşündüyümdən də alçaq
nə biləydim ki, dostlarımı pulla satın alacaq
ən yaxşısı, düşünüm ki, onlar şəhid olublar
bundan sonra ruhları allaha yaxın olacaq
amma tək düşünməklə olmur ki, bu həyat
bizə kim öyrədib ki, dadlı olur bayat?
biz yaxşı yaşamağı sayırdıq birgə yaşamaq
amma indiki yaşama demək olmaz babat
fərat dəclədən ayrıldı, demək, mümkün hər şey
səhv kimi sübut olundu mövcud düzgün hər şey
yıxılmarıq, yıxılsan tutarıq _ deyən hər kəs
toz olub sovruldu, indi ölgün hər şey
mənim səsim olmamalı idi bu verse_də
pis tələbələri fələk qovur dərsdən
həyat mənə üçbucaqlarını hədiyyə edir
qarğalarsa qanad çaldı qorxub səsdən
[nəqərat] [səbinə rəhimova]
gec qalmaqdan qorxmamaq
irəli getmək, geriyə baxmamaq
qonaq edə bilməyəcəyəm səni dünyama
xoş gəlmisən dar daxmama
gec qalmaqdan qorxmamaq
irəli getmək, geriyə baxmamaq
qonaq edə bilməyəcəyəm səni dünyama
xoş gəlmisən dar daxmama
كلمات أغنية عشوائية
- dead ghosts › dead ghosts – hangin’ in the alley كلمات اغاني
- yuri khedz › yuri khedz – fearless كلمات اغاني
- ofenbach › ofenbach – you don’t know me كلمات اغاني
- vanita mishra › vanita mishra – lakdi ki kathi كلمات اغاني
- marex kai › marex kai – scary كلمات اغاني
- skaar › skaar – 24 كلمات اغاني
- geko feat french montana ay em › geko feat. french montana & ay em – geko x french montana x ay em كلمات اغاني
- magic potion › magic potion – deep web كلمات اغاني
- revilatiun › revilatiun – ghost كلمات اغاني
- damaged bug › damaged bug – hubba bubba كلمات اغاني