kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

promete – 40-cı qapı (alterego h.o.s.t) كلمات اغاني

Loading...

[bənd 1] [aid]
mən bəzən düşünürəm ki
biz həyatdan filmə baxırıq
yoxsa, filmdən həyata?!
kainat çox qəribədir

nağıllar verir maraq ümidsiz camaata
bir neçə saata sökülə bilər
ömür boyu tikilən etibar qalası
cənnətə yol cızanların bağlanar qapısı
bir günlük fərz_fatihə qədər
bağlı qapılar mənə dərd verər
barmağında arzularını qatla
hər kəsin öz seçimi var həyatda

qapılar arxasındakı çapıqlar
qarşı tərəfin etiraz hissləri…
yaddaşımda qorxunc fikirlər
hər yeni gün keçmişi gizlədir

mən bəzən fikrə gedəndə
gözlərim yol çəkəndə
gecə vaxtı aya baxanda
yuxulu, ya da ki, oyaq qalanda…

hər beynin öz düşüncəsi
hər ürəyin sevinci_kədəri var
kim dünyasını dəyişmək istər?!
hər dünyanın öz dərdi vardır!

[nəqərat] [promete]
çığırdım, bağırdım…
qapı bağladır, qapı bağlıdır
əllərim uzana qaldı
qapı bağlıdır, qapı bağlıdır
40_cı qapı, 40_cı qapı…
[bənd 2] [promete]
bizi nağıllarla böyütdülər ki
həyat asan görünsün bizə
gücümüz çatanlar cırtdan oldu
bizdən güclülər döndü divə

və bir gün böyüdük baxanda
gördük ki, həyat daha da qəddar
bizi bağlayıb dörd divarlara
bizi bağlayıb dörd divarlı evə…

gücümü yığaraq bu divarı aşacam
axtarıb hardasa mən açarı tapacam
önümü kəsən qorxulu divi öldürüb
açarla 40_cı qapını mən açacam

gücümü yığaraq bu divarı aşacam
axtarıb hardasa mən açarı tapacam
önümü kəsən qorxulu divi öldürüb
açarla 40_cı qapını mən açacam

[nəqərat] [promete]
çığırdım, bağırdım…
qapı bağladır, qapı bağlıdır
əllərim uzana qaldı
qapı bağlıdır, qapı bağlıdır
40_cı qapı, 40_cı qapı…
çığırdım, bağırdım…
qapı bağladır, qapı bağlıdır
əllərim uzana qaldı
qapı bağlıdır, qapı bağlıdır
40_cı qapı, 40_cı qapı…

كلمات أغنية عشوائية

اهم الاغاني لهذا الاسبوع

Loading...