promete – 14 كلمات اغاني
[bənd 1]
biz nəyin axtarışındayıq görən?
bu illər nə öyrədir və ya nələr alır bizdən?
uşaqlıq oyunlarımız oyunlardan reala dönür
indi həyat məcbur edir, deşik axtar qaç_gizlən!
nə qalacaq bizdən? nə? izlər?!
ya da özünə qapanıb içini boşalda bilməyən sözlər?
mən 11 ildir qələmə dostam
və 11 ildir boşdur poçtam
yazıram, cavab gəlmir
mən axtarışdayam
hər qarışda onu tapacağımdan əmin idim
amma yaş keçdikcə ümidim itir
labirintlərin ortasındayam
sözüm iti gündən_günə faydası nə?
öyrədin qaydasını
bəlkə həyat adlanan komediyada mən də rol aldım
[skit]
alo, mete… hardasan axı, sən?
nə vaxta kimi qaçacaqsan?
[nəqarət]
qaçacam özümdən də
gizlənəcəm o ağacın kolgəsində
o ağacı özüm əkmişəm
ya da çəkmişəm
sonra silmişəm
siz həyatı ciddiyə aldıqca
mən oyun bilmişəm
ikiləşmişəm
bir tərəfim bağçaya gedəndə
bir tərəfim gedib işə
mən ən çox özümə gülmüşəm
[bənd 2]
illərin qazandırdığı qırışlardır
başqa heç nə!
olmur bu zolağları
qırışlarsız keçmək
hər dəfə çətinliyə düşdükcə fikirləşirsən köçmək
amma nə dəyişəcək ki, bu köçlə?
qaça biləcəksənmi əsas köçdən?
həyat çapar, biz köhlən
gündən günə köhnəl və köhnəl
qədir ağacının meyvəsini yeyir kimlər ki
sən də ümid edirsən
yenə nə yığışmısan
sən yenə hara gedirsən?
[nəqarət]
qaçacam özümdən də
gizlənəcəm o ağacın kolgəsində
o ağacı özüm əkmişəm
ya da çəkmişəm
sonra silmişəm
siz həyatı ciddiyə aldıqca
mən oyun bilmişəm
ikiləşmişəm
bir tərəfim bağçaya gedəndə
bir tərəfim gedib işə
mən ən çox özümə gülmüşəm
[skit]
bizim həyatımıza ən çox təsir edən iki şey var
ya olmalı hadisələrin olmaması
ya da olmamalı hadisələrin olması
كلمات أغنية عشوائية
- きのこ帝国 kinoko teikoku › きのこ帝国 (kinoko teikoku) – 名前を呼んで (namae wo yonde) كلمات اغاني
- curly aver › curly aver – фикус (ficus) كلمات اغاني
- jonathan ogden › jonathan ogden – low كلمات اغاني
- rbg pluto › rbg pluto – till i die كلمات اغاني
- renao › renao – holding my breath كلمات اغاني
- elysiansoul › elysiansoul – dead end كلمات اغاني
- gutter punk › gutter punk – oh god كلمات اغاني
- corwin › corwin – kent كلمات اغاني
- serbiangamesbl › serbiangamesbl – srećan rođendan كلمات اغاني
- spector › spector – felony كلمات اغاني