kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

ədalət şükürov – dedin yox كلمات اغاني

Loading...

[bənd 1]
bir gün məhəbbət haqqında danışdım sənə
sən məni başa düşmədin, duymadın yenə
dedin “yox”

mən dedim: “günəş sarıdır”, sən dedin: “qara”
mən dedim: “qışda gəzərkən iz düşər qara”
dedin “yox”

[nəqərat]
dedim: “mən səni tək qalmağa qoymayacağam”
“səni tərk edib başqasıyla olmayacağam”
dedin “yox”, dedin “yox”, dedin “yox”
dedin “yox”, dedin “yox”, dedin “yox”

[bənd 2]
mən dedim: “fəsil dəyişir keçəndə aylar”
dedim: “bir ilin içində 12 ay var”
dedin “yox”
mən dedim: “yumsan gözünü düşər qaranlıq”
“yum gözünü məni düşün, düşün bir anlıq”
dedin “yox”

[nəqərat]
niyə bəs açıq söyləmədin istəyini sən?
sevsəm də səni, indi məcburam gedəcəyəm
dedin “yox”, dedin “yox”, dedin “yox”
dedin “yox”, dedin “yox”, dedin “yox”

[bənd 3]
mən dedim: “bu davranışdır könlümü üzən”
gəlmişəm qəti qərara, getməliyəm mən
dedin “yox”

mən dedim: “quşlar uçarkən qanad açarlar”
mən dedim: “ulduzlar göydə işıq saçırlar”
dedin “yox”

[nəqərat]
dedim: “mən səni tək qalmağa qoymayacağam”
“səni tərk edib başqasıyla olmayacağam”
dedin “yox”, dedin “yox”, dedin “yox”
dedin “yox”, dedin “yox”, dedin “yox”

[bənd 4]
mən dedim: “bu məhəbbətin axırı yoxdur”
“ikimiz də üzülürük, əzabı çoxdur”
dedin “yox”
dayandıq nəfəs – nəfəsə, yaşardı gözüm
titrəyə – titrəyə dedim bir kəlmə sözü
dedin “yox”

[nəqərat]
niyə bəs açıq söyləmədin istəyini sən?
sevsəm də səni, indi məcburam gedəcəyəm
dedin “yox”, dedin “yox”, dedin “yox”
dedin “yox”, dedin “yox”, “yox”!

كلمات أغنية عشوائية

اهم الاغاني لهذا الاسبوع

Loading...