kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

ədalət şükürov – ağ göyərçinim (2023) كلمات اغاني

Loading...

[bənd 1]
vurğunuyam dağ_dərənin
gördüyüm hər mənzərənin
qarşısında pəncərənin
dənlənirdi bir ağ göyərçin

əllərini uzatdıqca
xoş ünsiyyət yaratdıqca
su verdikcə, dən atdıqca
sevinirdi bir ağ göyərçin

[nəqərat]
uçdu hara ağ göyərçinim?
bəxtiqara ağ göyərçinim
uçdu getdi, qayıtmadı
qayıtmadı ağ göyərçinim

könlüm onu unutmadı
o, könlümü ovutmadı
uçdu getdi, qayıtmadı
qayıtmadı ağ göyərçinim

[bənd 2]
gözəlliyi harasında?
gözlərinin qarasında
buludların arasında
gizlənirdi bir ağ göyərçin
uzaqdan atmasaydılar daş
gözlərində olardımı yaş?
bu sevgiyə yavaş_yavaş
öyrənirdi bir ağ göyərçin

[nəqərat]
uçdu hara ağ göyərçinim?
bəxtiqara ağ göyərçinim
uçdu getdi, qayıtmadı
qayıtmadı ağ göyərçinim

könlüm onu unutmadı
o, könlümü ovutmadı
uçdu getdi, qayıtmadı
qayıtmadı ağ göyərçinim

uçdu hara ağ göyərçinim?
bəxtiqara ağ göyərçinim
uçdu getdi, qayıtmadı
qayıtmadı ağ göyərçinim

könlüm onu unutmadı
o, könlümü ovutmadı
uçdu getdi, qayıtmadı
qayıtmadı ağ göyərçinim

كلمات أغنية عشوائية

اهم الاغاني لهذا الاسبوع

Loading...