kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

orxan zeynallı – siz كلمات اغاني

Loading...

[bənd 1]
sizin üçün ömür yoxdur, sizin üçün əyləncə var
sizin üçün vaxtı öldürüb hər gün sülənmək var
sizin üçün məqsəd yoxdur, beyinə yeridilən düşüncə var
sizin üçün xırda uğuru şişirdib onunla öyünmək var

sizin üçün vətən yoxdur, sadəcə bekarçılıq
patriot qruplara qoşulmaqdır iş gücünüz
təsbehi fırlatmaqla deyil brat orda_burda
bir qıza sms yazanda açılır iç üzünüz

sizi mən tənqid etmirəm ki, nəyivizsə dəyişsin
zibil ətrafda çox olmalı ki, bu güllər də seçilsin
sürünən hər bir insan, niyəsə sayılır yaxşı biri
kimsə varlanıbsa, pis insandır məhv edilsin

siz ancaq seriala baxırsınız boşluğu doldurmaq üçün
siyasətdən danışırsız, özünüzü doğrultmaq üçün
beş dəqiqə ciddi söhbət sizə bəsdir yorulmaq üçün
mən bəlkə hər şeyi verərdim təzədən doğulmaq üçün

[nəqərat]
bağla gözləri, açıqdır ürəyimiz
özünə güvəndi bizim koməyimiz
günəşi göstər, varsa dünyada
yoxdur ədalət bütün dünyada
bağla gözləri, açıqdır ürəyimiz
özünə güvəndi bizim koməyimiz
günəşi göstər, varsa dünyada
yoxdur ədalət bütün dünyada

[bənd 2]
sizin üçün sevginin də, nifrətin də ömrü çox qısa
siz ömürlük dostluğu dəyişirsiz pozğun bir qıza
sözlərim yadda qaldısa bəs etmir, əməl lazımdır
məqsədə çatmaq üçün bu gün düzgün təməl lazımdır

siz bu gün nə var onunla razılaşıb yaşayırsız
nəyisə bəyənməsəniz uzaq başı deyinirsiniz
içindən bixəbər olduğunuz yükü daşıyırsınız
hər gün məcbur kostyum adlı kəfəni geyinirsiniz

hörmət istəyib hörmət nədir bilməyən yaşlılarsınız
zəmanə uçurumunda asılı qalmış cavanlarsınız
başqa həyatdan kömək istəyən gözü yaşlılarsınız
siz xəbərlərə baxıb hər şeyə inanan insanlarsınız

spid_ə yoluxmuş insan sayından çox təşkilat var
məqsədi grand olan yüz cür saxta təbliğat var
gözdən pərdə asmaq üçün yalançı təqdimat var
özündən razı deməli, cibdə artıq 1 manat var
[nəqərat]
bağla gözləri, açıqdır ürəyimiz
özünə güvəndi bizim koməyimiz
günəşi göstər, varsa dünyada
yoxdur ədalət bütün dünyada

bağla gözləri, açıqdır ürəyimiz
özünə güvəndi bizim koməyimiz
günəşi göstər, varsa dünyada
yoxdur ədalət bütün dünyada

bağla gözləri, açıqdır ürəyimiz
özünə güvəndi bizim koməyimiz
günəşi göstər, varsa dünyada
yoxdur ədalət bütün dünyada

كلمات أغنية عشوائية

اهم الاغاني لهذا الاسبوع

Loading...