orkhan zeynalli – qırmızı lent كلمات اغاني
[bənd 1]
əlini çək, köməyin lazım deyil, ondansa mane olma
kimliyimi sorğu_sual etmə, istəmirəm qane olma
sözlər kağız, əməllər kül, onu yetər qaladıq
sözlərlə əməllər kəsişməyən hiperboladır
yaraşır hər cür sevinc, yaraşır dərd yaşıma
xoşbəxtliyi bilməyənlər “onu sev, bunu sevmə deyir”
məni burax, varsa, günahlarımla tək başıma
deyilsən tanrı cənnətin açarları səndə deyil
çək əlini dünənimdən
bəsdir, çək əlini sabahımdan
varsa, eşq tut əlimi hazıram
amma ver qələmimi geri həyatımı
özüm yazıram
bu mahnı dəstək deyil
dəstək gərək zəiflərə
güclü ruhlara məskən çox vaxt zərif bədən
mən qadın səsiyəm çaşdırmasın “qəliz” deməm
qızıl balıqlar, bil, heç vaxt yeməz dənizdə qəm
[nəqərat]
nəyə görə belə qəribədir dünya?
ya sən, ya da onlar
nəyə görə soyuq olur insanlar?
bizlə yad olanda
hər tərəfdən, hər tərəfdən
bürüyər dumanlar
hər tərəfdən, hər tərəfdə
verilir suallar
[bənd 2]
planetlərin sayı qədər ay bətində
verərəm can, qış, yay taqətimdə
bir cüt qulağın eşidəcəyi ilk sözün deyərəm
ya da heç vaxt ana olmaram özüm bilərəm
mən insanam deyiləm öhdəliklər toplusu
haqq yolunda azanlar düşür dalıma, yol pusur
ildə bir dəstə güllə heç vaxt bahar olmaz
mənim günüm bir gün deyil və bitmir martın doqquzu
özüm bilərəm, neçədir boyum, nə qədər çəkim
özüm bilərəm olub həyatımda səndən öncə kim
mənimçün təhsil önəmlidir,elmə qarışmaq
öz ayaqlarım üstdə dayanmışam, yerimə danışma
mənə gərək məni sevən, məni adam edən yox
sən gəlməsən də sənsiz də, bil, davam edər yol
manifestin son sətridir şair yazır “the end”
mənəviyyatı müəyyən edə bilməz qırmızı lent
[nəqərat]
nəyə görə belə qəribədir dünya?
ya sən, ya da onlar
nəyə görə soyuq olur insanlar?
bizlə yad olanda
hər tərəfdən, hər tərəfdən
bürüyər dumanlar
hər tərəfdən, hər tərəfdə
verilir suallar
nəyə görə bеlə qəribədir dünya?
ya sən, ya da onlar
nəyə görə soyuq olur insanlar?
bizlə yad olanda
hər tərəfdən, hər tərəfdən
bürüyər dumanlar
hər tərəfdən, hər tərəfdə
verilir suallar
كلمات أغنية عشوائية
- hinos de cidades › hinos de cidades – hino de poço dantas كلمات اغاني
- backyardigans › backyardigans – quem é que está aqui? كلمات اغاني
- backyardigans › backyardigans – tarzã كلمات اغاني
- luis dillah › luis dillah – forróqxote كلمات اغاني
- blondy › blondy – dulce si amar كلمات اغاني
- margot the nuclear so and sos › margot & the nuclear so and so’s – dress me like a clown كلمات اغاني
- dallas company › dallas company – solitário do sertão كلمات اغاني
- limao com mel › limão com mel – amor com amor se paga كلمات اغاني
- vitor ramil › vitor ramil – século xx كلمات اغاني
- mc olive › mc olive – é triste كلمات اغاني