kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

oqtay ağayev – çiçəklər كلمات اغاني

Loading...

[bənd 1]
yaşıl_yaşıl çəmənlərin qoynunda
bənzərsiniz ulduzlara, çiçəklər
bu günəşli, bu bəxtəvər dünyanın
sarılıbdır ilk bahara, çiçəklər

açılanda qızılgülün qönçəsi
al geyəndə gəlinlərin xonçası
ana yurdun hər cavanı, qocası
vurulmazmı bu diyara, çiçəklər?

[nəqərat]
lalə, nərgiz göy meşəyə yaraşır
boyun bükmək bənövşəyə yaraşır
hər çəməndə min gözəllik sayrışır
bir nəğməsiniz bu dağlara, çiçəklər
hər çəməndə min gözəllik sayrışır
bir nəğməsiniz bu dağlara, çiçəklər

[bənd 2]
siz varsınız, doymaz ürək ömürdən
yarpaq solmaz əsən külək ömürdən
ağ saçların ağ çiçəktək ömürdən
nişanədir nazlı yara çiçəklər

yaşıl_yaşıl çəmənlərin qoynunda
bənzərsiniz ulduzlara, çiçəklər
bu günəşli, bu bəxtəvər dünyanın
sarılıbdır ilk bahara, çiçəklər
[nəqərat]
lalə, nərgiz göy meşəyə yaraşır
boyun bükmək bənövşəyə yaraşır
hər çəməndə min gözəllik sayrışır
bir nəğməsiniz bu dağlara, çiçəklər
hər çəməndə min gözəllik sayrışır
bir nəğməsiniz bu dağlara, çiçəklər

كلمات أغنية عشوائية

اهم الاغاني لهذا الاسبوع

Loading...