okaber – sarkazm كلمات اغاني
dözülməz ağrı kimidi insan izdihamı
xiyabanlara köçən dahilər indi hanı
ölü evdən səhnələr,iblisin intiqamı
xarabadan qeydlər və mən xəbərsizəm
nə qədər düzünü yazsanda tarixə alınmır
buralarda güllələnmə təxirə salınmır
qalın tarix kitablarındada iyrənirəm
onlar bizi iynələyirlər ,mən xəbərsizəm
hər inqilabdan sonra adı dəyişən parkam mən
ortada qalan mən ,azalan,artan mən
tarixə düşmüşəm,sən coğrafi əzariyə
daş qoydun tərəziyə ,mən xəbərsizəm
düşüncə ölüb,pis günə düşüncə ölüb
bədənlər gördümki mən illər öncə ölüb
ruhlarını görə bilmədim amma məncə ölüb
bilmirəm səncə ölüb çünki ,mən xəbərsizəm
üzümü çevirim sizə,yağdırın tərifləri
ədəbiyyatda biz bu dövrün ədibləri
sarkazma düzmüşəm burda hərifləri
bilmirəm nədi tələbləri ,mən xəbərsizəm
öldürə bilər məni həsrət birdə gümüş güllə
o bəstələdi məndə yazdım 5_10 cümlə
deməli bu oyunlarda sən önəmli deyilsən
bəlkədə nəsə deyirsən ,mən xəbərsizəm
yenədə oxuyar mollanız xütbələr
sırtılan sifətlər bir azda ütünlənər
tanrını unudanların inamı bütlərə
kim necə harda lütlənər mən xəbərsizəm
hər ötənə yar olan gəlir vətənə dar
və əxlaqsızda belə bir ənənə var
soyunur,geyinir əşi sənə nə var
yadaki mənə nə var ,mən xəbərsizəm
fərasət axtarırdılar tapıldı özümüzdə
ya bizlə çiyin_çiyinəsən yadaki önümüzdə
gizli yaşayanlarda var,ölüb üzdə
eşitdin,sözü gizlət ,mən xəbərsizəm
siz allahlaşdıranda tiranları
axtarırdım dövrümdə,tapdım fironları
və göylərə qalxanda fəryadı girovların
hara atıb tilovlarını ,mən xəbərsizəm
nə udmağın bilindi nə də uduzmağın
danışmağınnanda qiymətlidi susmağın
deyəsən unutmusan kimdi ustadın
nələt çəkir dustağın ,mən xəbərsizəm
iyrənc görsənir saxtadırsa hörmətin
cənnətin divarlarına bir kərpic hörmədin
nə yaşamadım mən nə də ölmədim
danışmadım,eşitmədim,görmədim,xəbərsizəm
كلمات أغنية عشوائية
- kidondatrack › kidondatrack – goosebumps كلمات اغاني
- new lionz › new lionz – mission statement [intro] كلمات اغاني
- edoardo bennato › edoardo bennato – il mio nome è lucignolo كلمات اغاني
- the vamps › the vamps – stumble home كلمات اغاني
- charm farm › charm farm – terminal كلمات اغاني
- st1m › st1m – бегущий по лезвию (blade runner) كلمات اغاني
- milo meskens › milo meskens – time كلمات اغاني
- bootleg rascal › bootleg rascal – holding on كلمات اغاني
- the story so far › the story so far – need to know كلمات اغاني
- dj mik › dj mik – i dont give a fuck about the haters say كلمات اغاني