kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

okaber – qara qüvvələr كلمات اغاني

Loading...

[bənd 1]
nə qədər olacaq müharibə şəraiti?
bu dəfə qayıdacaq, amma yenə qərar itir
bu dəfə alınacaq, bu dəfə son dəfə
şablon səhifə əzbər milyon dəfə
nə qədər televiziya, nə qədər informasiya?
immiqrasiyadan rusiyada deformasiya
amerika, avrasiya, hər yerdə mafiya
hər yerdə siyasət, təşkilatlar, partiya
qara qüvvələrlə qələbəm əzbər
mənim rütbəm əsgər, mənə düşmən göstər
mən ölümlə üzbəüz, taleyim xoş gün yazarmı?
mənim yeməyim ‘’перлова’’, mənim evim kazarma
mənim geyimim səhra geyimi mövsümə uyğun
təslim olmayan ruhum, sifətim solğun, yorğun
mən əsgərəm, mən vətən qoruyuram
postda tam döyüş dəsti belə adətən qoruyuram

[nəqərat]
qara qüvvələr və daha cümlələr
güllələr kimi yağacaq millətə
kim salıb bizi bu qədər zülmətə?
və yenə əsgər
müharibə davam edir

qara qüvvələr və daha cümlələr
güllələr kimi yağacaq millətə
kim salıb bizi bu qədər zülmətə?
və yenə əsgər
müharibə davam edir
[bənd 2]
‘’progress’’ var
məndə əsəb gərginliyi, stress var
bir az səs var, amma hələ ki boğulmamışam
bu yaşıma qədər siyasətə soxulmamışam
paxıllıqdan partlayır mütləq xəsislər
səni araşdırır hər yerdə mütəxəssislər
sənin arxanda dura bilən bir nəfərin yox
getdikcə batırsan dərinə, xəbərin yox
xəbərin yox, qardaşım, xəbərin yox
hər cürə insan olub yoldaşım, xəbərin yox
mənim ürəyim indi olub xəstə, xəbərin yox
intizam cəzalarından, həbsdən xəbərin yox
kim kimi harada və necə satıb, xəbərin yox
kimisə hətta sevgilisi atıb, xəbərin yox
buradakı ərzaq, geyim və sudan xəbərin yox
ümumiyyətlə, sənin ordudan xəbərin yox

[nəqərat]
qara qüvvələr və daha cümlələr
güllələr kimi yağacaq millətə
kim salıb bizi bu qədər zülmətə?
və yenə əsgər
müharibə davam edir

qara qüvvələr və daha cümlələr
güllələr kimi yağacaq millətə
kim salıb bizi bu qədər zülmətə?
və yenə əsgər
müharibə davam edir
müharibə davam edir…

كلمات أغنية عشوائية

اهم الاغاني لهذا الاسبوع

Loading...