kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

niyaməddin musayev – dünya sənin, dünya mənim كلمات اغاني

Loading...

bir taleyin oyununda cütlənmiş zərik
yüz il qoşa atılsaq da qoşa düşmərik
bir zərrənin işığına milyonlar şərik
dünya sənin
dünya mənim
dünya heç kimin…

çevrəsindən çıxsa əgər sevda fırfıran
bir ümidin ətəyindən tutub da fırlan
eşidərsən: pıçıldayır yıxılan, duran
dünya sənin
dünya mənim
dünya heç kimin…

bu get_gəllər bazarına dəvədi dünya
bu ömür_gün naxışına həvədi dünya
əbədiyə qəh_qəh çəkər əbədi dünya
dünya sənin
dünya mənim
dünya heç kimin…

ayaq saxla, dövrənə bax ötəri belə
min illərdir araz belə, həkəri belə
axşamların, səhərlərin təkəri belə
dünya sənin
dünya mənim
dünya heç kimin…
gülünclərə gülünc gələn bu ada güldüm
yüyəninə hər əl yetən bu ata güldüm
mən özümlə oynadığım şahmata güldüm…
dünya sənin
dünya mənim
dünya heç kimin…

كلمات أغنية عشوائية

اهم الاغاني لهذا الاسبوع

Loading...