kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

namiq qaraçuxurlu – həsrətini çəkdiyim كلمات اغاني

Loading...

gəl, səni görsün rahat olsun barı canım
başqa nəyim var ki, qalıb bir quru canım
hər səni səsləyəndə yarım, canım dedim
indi də yanında qalıbdır, yarı canım

mənim ömrümə ilk baharı sən gətirmisən
xoş günü, xoş ruzigarı sən gətirmisən
indi kimə dəsəm də bunu, eşidər inanmaz
bu həsrəti, intizarı sən gətirmisən

keçsədə ömrün yazı sənsiz, qışı sənsiz
ötsədə illər qurumaz göz yaşı sənsiz
ey gözümü yolda qoyan, gözlərin aydın
oldu bugün ayrılığın bir yaşı sənsiz

bir il də canım beləcə ötdü səninlə
başladı bu eşq nağılı, bitti səninlə
mən səni sevdim deyə sevdim bu həyatı
getdin həyatın dadıda getdi səninlə

ay mənim həsrətini çəkdiyim
yolunda göz yaşı tökdüyüm
hər şeyi vaxtında qazandım, sandım
bircə sən oldun gecikdiyim

كلمات أغنية عشوائية

اهم الاغاني لهذا الاسبوع

Loading...