nadir qafarzadə – qarağacım كلمات اغاني
[bənd 1]
əsrlərdən keçib gəldin
tarixini özün gördün
çox sirlər var bu qəlbimdə
nə susmusan, qarağacım?
dağlar kimi görkəmin var
qara _ yaşıl örpəyin var
hər ellərdə söhbətin var
nə susmusan, qarağacım?
[keçid]
qartalların qonum yeri
qaranquşun yaşam yeri
aslanların dinləm yeri
nə susmusan, danışmırsan?
rişələri dərindədir
əzizlər yatan yerdədir
bir xəbər ver ondan mənə
nə susmusan, danışmırsan?
[nəqərat]
yağı düşmən sən görmüsən
namərd sözü eşitmisən
qətilləri sən bilmisən
nə susmusan, qarağacım?
sevənlərin görüş yeri
sən olmusan ümid yeri
əhdi – peyman bağlananda
yenə susdun, qarağacı
[bənd 2]
nadir ağac sayındasan
kitablara salınmısan
siyahıya alınmısan
nə susmusan, danışmırsan?
palıd kimi əyilməzsən
polad kimi sən sınmazsan
bir vüqar var qamətində
nə susmusan, danışmırsan?
[keçid]
bir dərdin var, demək, sənin
kədər hissin çoxdur sənin
hikmət səndə, qüdrət səndə
nə susmusan, danışmırsan?
mən də getdim xəyallara
qərq olaraq dəryalara
fikirləşdim nədir belə?
niyə susur, qarağacım?
[nəqərat]
sonra bildim nədir dərdim
bəhrəsizsən, qarağacım
budur sənin böyük qəmin
nə susursan, qarağacım?
insanlar da sənin kimi
hey susarlar məzlum kimi
bir də sormam daha səndən
mən də susdum, qarağacım….
yağı düşmən sən görmüsən
namərd sözü eşitmisən
qətilləri sən bilmisən
nə susmusan, qarağacım?
sevənlərin görüş yeri
sən olmusan ümid yeri
əhdi – peyman bağlananda
yenə susdun, qarağacı
كلمات أغنية عشوائية
- safe sin › safe sin – yelnats (iris) كلمات اغاني
- v x v prince › v $ x v prince – дыми дым (smoke the smoke) كلمات اغاني
- tino szn › tino szn – machine كلمات اغاني
- lil smacko › lil smacko – only you كلمات اغاني
- death plus › death plus – fuck off and die كلمات اغاني
- tommy ice › tommy ice – keys to the benz كلمات اغاني
- kavali king › kavali king – on me كلمات اغاني
- אביב גפן › אביב גפן – shalom ehad – שלום אחד – aviv geffen كلمات اغاني
- sevin › sevin – how good it feelz كلمات اغاني
- windigo › windigo – chasing rainbows كلمات اغاني