nadir qafarzadə – ata, sənə ehtiyacım var كلمات اغاني
[bənd 1]
əcəl bizi ayrı salsa da
günəş batıb, qaş qaralsa da
bütün aləm mənim olsa da
ata, sənə ehtiyacım var
sən sinəmdə döyünən ürək
sən yediyim o halal çörək
sən həmişə ol mənə kömək
ata, sənə ehtiyacım var
[nəqərat]
darıxıram, sənsizəm yaman
ruhun gəzir məndən nigaran
darıxıram, sənsizəm yaman, yaman, yaman
ruhun gəzir məndən nigaran
inanmıram, yoxsan daha
ata, sənə ehtiyacım var
inanmıram…
ata, sənə ehtiyacım var
[bənd 2]
kaş eşidim yenə o səsi!
yetər, gəlsin quru nəfəsi
kimsə olmaz, olmaz ata əvəzi
atam, sənə ehtiyacım var
qurban dedim, qurban o ada
adın andım oldu dünyada
dar günümdə, şad günümdə də
inan, sənə ehtiyacım var
[nəqərat]
darıxıram, sənsizəm yaman
ruhun gəzir məndən nigaran
darıxıram, sənsizəm yaman, yaman, yaman
ruhun gəzir məndən nigaran
inanmıram, yoxsan daha
ata, sənə ehtiyacım var
səni and verirəm tanrıya
qayıt, ehtiyacım var
sənə ehtiyacım var
atam, sənə ehtiyacım var
كلمات أغنية عشوائية
- ashley › ashley – tempo كلمات اغاني
- ed ames › ed ames – leave them a flower كلمات اغاني
- nekromantheon › nekromantheon – seven rulers of fate كلمات اغاني
- saca › saca – about me كلمات اغاني
- unotheactivist › unotheactivist – givenchy كلمات اغاني
- dr barry onehousetown › dr barry & onehousetown – train of thought كلمات اغاني
- dawn richard › dawn richard – king creole (intro) كلمات اغاني
- cosa ky › cosa ky – scratch كلمات اغاني
- caddet › caddet – movin’ on كلمات اغاني
- iniko › iniko – motion كلمات اغاني