kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

nəzakət teymurova – çahargah təsnifi كلمات اغاني

Loading...

[bənd 1]
yoxdur cahanda, yar, səntək afət
qara gözlərinin hər baxışı bir qiyamət
yoxdur cahanda, yar, səntək afət
qara gözlərinin hər baxışı bir qiyamət

çiçəkli bağça_bağların
ahu_ceyranısan sən
çiçəkli bağça_bağların
ahu_ceyranısan sən
könlümün asimanının
tülək tərlanısan sən
könlümün asimanının
tülək tərlanısan sən

[nəqərat]
aşiqin özünün
həm sözünün canısan sən
aşiqin özünün
həm sözünün canısan sən

[bənd 2]
aşiq olanı o mahi_cəmalə
məni məcnun edib saldı axır
gör nə halə
aşiq olanı o mahi_cəmalə
məni məcnun edib saldı axır
gör nə halə

çiçəkli bağça_bağların
ahu_ceyranısan sən
çiçəkli bağça_bağların
ahu_ceyranısan sən

könlümün asimanının
tülək tərlanısan sən
könlümün asimanının
tülək tərlanısan sən
[nəqərat]
aşiqin özünün
həm sözünün canısan sən
aşiqin özünün
həm sözünün canısan sən

[keçid]
narazıyam, ey gül, mənə imdad eləsən də
naşad eləyən könlümü dilşad eləsən də

öz səhvinə, öz səhvinə bir vaxt peşman olacaqsan
olmaz yetişən dadına, min dad eləsən də

sındırmısan, əl vurma, sınıq könlümə zalım, zalım
viranə, viranə düzəlməz necə abad eləsən də

öz yarına bax, başqa gözəllər səni sevməz
bülbül kimi yüz naləvü_fəryad eləsən də

əğyarə satıb vahidə yadlar kimi baxma
yaddan çıxarmaz sən onu yad eləsən də

[nəqərat]
aşiqin özünün
həm sözünün canısan sən
aşiqin özünün
həm sözünün canısan sən
aşiqin özünün
həm sözünün canısan sən
aşiqin özünün
həm sözünün canısan sən

كلمات أغنية عشوائية

اهم الاغاني لهذا الاسبوع

Loading...