murad arif – yaşamalı (zərbəçi) كلمات اغاني
[murad arif]
yaşamalı…
acısıyla, şiriniylə dadmalı
həyat hər gün yenidir anlamalı
bəzən gülməli olur
bəzən isə ağlamalı…
yaşamalı…
yağış hərdən şəhəri islatmalı
hərdən yaxınlardan uzaqlaşmalı
soyuq bir dünyada şamtək yanmağı
bacarmalı… yaşamalı…
o gözlərdən təbəssüm yağacaq hələ
ilk baharda güllərin açacaq hələ
günəş bir gün səninçün doğacaq hələ…
[okaber]
ağır zərbələrə zərbəçi dözər
lazım deyildi kəlbətin pressə, əlfəcin pyesə…
təklik bərkidir mərdi, tərki_dünyanın təfəkkürü kimi sirlidi..
məkrin tərkibi tərk edilən hər kimin təkəbbürü kimi kirlidi…
sən elə mənsən, mən elə sən, əgər gecələr dəmsənsə…
sənin sənə səni sənsən…
sən sənsənsə
hər kəsə tüpür! rədd elə!
arxamca bağır gəlim…
kimsə xonçada donuz başı kimi görünəndə çağır gəlim…
tək əldən səs çıxmaz deyən, həyatdan tək əlli yapışıb…
feys_kontrolu keçə bilən köpəyin abrına nə gəlib, yaxşı?!
səs salırdım ki, yatanlar ayılsın özüm oyandığımda
arxamca danışırmış arxasında dayandığım da…
arxayın arxayın…
[murad arif]
dəniz coşub qayalara çırpınanda
göylər bezib, ildırımlarla çaxanda
sonuncu gün ümid qalır bu dünyada
…son ümid var bu dünyada
inan ki, sən nə ilk nə son dərdli adam
həyat budur, yorulsan da yola davam
o sinəndə ürək vurursa durmadan
..bezmək olmaz yaşamaqdan…
yaşamalı…
كلمات أغنية عشوائية
- horned › horned – children of the malignant كلمات اغاني
- japan › japan – all tomorrow’s parties كلمات اغاني
- rose tattoo › rose tattoo – branded كلمات اغاني
- clem snide › clem snide – song for mary كلمات اغاني
- io us › io (us) – fake friends كلمات اغاني
- henry sam › henry sam – así es como la pierdes كلمات اغاني
- mes souliers sont rouges › mes souliers sont rouges – le marchand de velours كلمات اغاني
- the nits › the nits – giant normal dwarf كلمات اغاني
- kxng crooked › kxng crooked – listen boy كلمات اغاني
- farewell unknown › farewell unknown – my saturday guest كلمات اغاني