kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

murad arif – popurri: tello, cilveloy, qaraxal yar كلمات اغاني

Loading...

[tello]
[bənd 1]
araz üstə, buz üstə, tello
kabab yanar köz üstə, tello
araz üstə, buz üstə, tello
kabab yanar köz üstə, tello

qoy məni öldürsünlər, tello
bir alagöz qız üstə, tello
qoy məni öldürsünlər, tello
bir alagöz qız üstə, tello
[nəqərat]
aman tello, tellocan, tello
canım tello, tellocan, tello
aman tello, tellocan, tello
yarım tello, tellocan, tello
aman tello, tellocan, tello
yarım tello, tellocan, tello

[yenə tovuz kimisən]
[bənd 1]
yenə tovuz kimisən
nə qəşəng bəzənmisən
yenə tovuz kimisən
nə qəşəng bəzənmisən

geyib ağ köynəyini
örtüb ağ örpəyini
geyib ağ köynəyini
örtüb ağ örpəyini

laləsən, süsənmisən?
nə qəşəng bəzənmisən
laləsən, süsənmisən?
nə qəşəng bəzənmisən
ay, nə qəşəng bəzənmisən!
[ay tərlan]
[bənd 1]
tovuz kimi cilvələnə hər səhər
bəzək verə camalına sərbəsər
dindirməmiş verə könüldən xəbər
işarə anlayıb, hal bilən gərək

ay tərlan, dur sallan, bəxtəvər, bala, mən ollam
ay tərlan, dur sallan, bəxtəvər, bala, mən ollam
ay tərlan, dur sallan, bəxtəvər, bala, mən ollam
ay tərlan, dur sallan, yar, qadanı mən allam

[cilveloy]
[bənd 1]
indim derin ırmağa hoy nanayna
cilveloy nanayna
zeytin dali kırmağa hoy nanayna
cilveloy nanayna

geldim seni almağa hoy nanayna
cilveloy nanayna
başladın ağlamağa hoy nanayna
cilveloy nanayna
naynana hoy ninayna hoy nanayna
cilveloy nanayna
naynana hoy ninayna hoy nanayna
cilveloy nanayna
[oyna, gülüm]
[nəqərat]
oyna, gülüm, oyna
oyna, canım, oyna
oyna, yarım, oyna
oyna, gülüm, oyna

[bənd 1]
yol gеdən izə gəlməz
oyna, gülüm, oyna
ceyranım düzə gəlməz
oyna, gülüm, oyna

gizlətmə ay üzünü
oyna, gülüm, oyna
qoy baxım, gözə gəlməz
oyna, gülüm, oyna

[keçid]
üzündə xalın, ay qız
xoşdur camalın, ay qız
üzündə xalın, ay qız
xoşdur camalın, ay qız
öldürdü nazın məni
nədir xəyalın, ay qız?

[nəqərat]
oyna, gülüm, oyna
oyna, yarım, oyna
oyna, canım, oyna
ellər gəlsin toyuna

[leyla xanım]
[bənd 1]
quş uçar, dəstə gedər
hərə bir səslə gedər
quş uçar, dəstə gеdər
hərə bir səslə gedər

səni görən cavanlar
evinə xəstə gedər
səni görən cavanlar
evinə xəstə gedər

leyla xanım, xanım, xanım
xanım, oy leyla
sənə qurban olsun canım
canım, oy leyla

leyla xanım, xanım, xanım
xanım, oy leyla
sənə qurban olsun canım
canım, oy leyla

[qaraxal yar]
[bənd 1]
araxçının məndədir, qaraxal yar
sərmişəm, çəməndədir, qaraxal yar
araxçının məndədir, qaraxal yar
sərmişəm, çəməndədir, qaraxal yar

aləm gözələ dönsə, qaraxal yar
mənim gözüm səndədir, qaraxal yar
aləm gözələ dönsə, qaraxal yar
mənim gözüm səndədir, qaraxal yar

[nəqərat]
dan yeri ağaranda, qaraxal yar
dan yeri ağaranda, qaraxal yar
dan yeri ağaranda, qaraxal yar

gözlə məni aranda, qaraxal yar
gözlə məni aranda, qaraxal yar
gözlə məni aranda, qaraxal yar
gözlə məni aranda, qaraxal yar

[əlimi bıçaq kəsibdir]
[bənd 1]
əlimi bıçaq kəsibdir
dəstə bıçaq kəsibdir
əlimi bıçaq kəsibdir
dəstə bıçaq kəsibdir

yağ gətirin, yağlayaq
dəsmal gətirin, bağlayaq

dəsmal dəvə boynunda
dəvə şirvan yolunda
dəsmal dəvə boynunda
dəvə şirvan yolunda

[nəqərat]
şirvan yolu lil bağlar
dəstə_dəstə gül bağlar
şirvan yolu lil bağlar
dəstə_dəstə gül bağlar

[bənd 2]
o gülün birin üzəydim
tellərinə düzəydim
o gülün birin üzəydim
tellərinə düzəydim

qardaşımın toyunda
sındıra_sındıra süzəydim
dostlarımın toyunda
sındıra_sındıra süzəydim
cavanların toyunda
sındıra_sındıra süzəydim

əlimi bıçaq kəsibdir
dəstə bıçaq kəsibdir

كلمات أغنية عشوائية

اهم الاغاني لهذا الاسبوع

Loading...