kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

mirzə babayev – oxutmuram, əl çəkin كلمات اغاني

Loading...

[bənd 1]
bəs ki, uşaqdır hələ, yaxşı_yaman sanmayır
elmin əbəs olduğun anlamayır, qanmayır
sair uşaqlar kimi hər sözə aldanmayır
sair uşaqlar kimi hər sözə aldanmayır

[nəqərat]
eyləyir ömrün hədər, oxutmuram əl çəkin!
eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!
eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!

[bənd 2]
uşaq mənimdir, baba, dəxli nədir sizlərə?
kim sizi qəyyum edib, hökm edəsiz bizlərə?
yatmaram əsla belə dinə dəyər sözlərə
yatmaram əsla belə dinə dəyər sözlərə

[nəqərat]
bir kərə qan, müxtəsər, oxutmuram, əl çəkin!
eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!
eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!

[bənd 3]
bəsdir, cəhənnəm olun, bunca ki, aldatmısız
indi beş ildir, tamam dinimə əl qatmısız
sevgili övladımı kafirə oxşatmısız
sevgili övladımı kafirə oxşatmısız
[nəqərat]
duydum işin sərbəsər, oxutmuram əl çəkin!
eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!
eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!
heç dəxli var?

[bənd 4]
satmaram öz əqlimi siz kimi laməzhəbə
razıyam oğlum gedə qəbirə, nə ki məktəbə
məktəb adın çəkməyin, mələbədir, mələbə
məktəb adın çəkməyin, mələbədir, mələbə

[nəqərat]
əlhəzər, ondan həzər, oxutmuram əl çəkin!
eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!
eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!

[çıxış]
dinə zərərdir, zərər, oxutmuram, əl çəkin!

كلمات أغنية عشوائية

اهم الاغاني لهذا الاسبوع

Loading...