kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

miro [az] – yandır كلمات اغاني

Loading...

[bənd 1]
gedir ömür, quyudadır bir ayağımız
nə səbəb, nə var hələ bir qərarımız
bizi axtarır eşq, küçələri gəzir
bax kül olur hər şey, yara _ yarımız

bilirəm, mənim üçün deyil, mənim üçün deyil
ürəyinə düşən od mənim üçün deyil
o baxışın, gülüşün yadıma düşür
düş gözümdən, eybi yox, yanına düşüm mən

qucaqla bərk məni, geri qayıdaq
əfv edərəm səni yox sayda
ölməm, dözərəm hər şeyə
ölərəm, sevgim nə vaxt ki yox sayıla

şərabı içərəm, gözümü yumaram
xəyalına keçərəm
ölümü seçərəm
günəşi gözləyən zil qara gecəyəm mən

[nəqərat]
yandır, yandır bir siqaret gecəyə
saatın fərqi varmı, neçə? gəl
hər şeyi yandır, at, heçə gəl
kül olsun hər şey, sadəcə sən
yandır bir siqaret gecəyə
dumanlar ürəyimdən keçərək
soruşma, görsən, mən necəyəm
qalarmı səncə de məndə ciyər?

yandır bir siqaret gecəyə
saatın fərqi varmı, neçə? gəl
hər şeyi yandır, at, heçə gəl
kül olsun hər şey, sadəcə sən

yandır bir siqaret gecəyə
dumanlar ürəyimdən keçərək
soruşma, görsən, mən necəyəm
qalarmı səncə de məndə ciyər?

[bənd 2]
“bizə olmaz ayrılıq ölənəcən” – dedin
intiharın eşiyində ölümə cəhd edib
günü_gündən de, necə məhv edir?
unutma ki, ürək yanıcı maddədir

de, yolumuz hara? öyrəşə bilmirəm hələ uduzmağa
günəşi itirdik və yolumuz qara
göz_gözə gələndə yerə ulduz yağar
bəlkə çox gec, ya da çox ərkən
fərqinə yox heç kim
özümüzə əngəl biz
tutulub ayaqlar, etmir hərəkət
mən çox addım atdım, biraz da sən gəl

ya da qaçaraq uzaqlaş
səndən ayrı mənim bəladan uzaq başım
qoy mən uzaqlaşım
çıxıb gedərəm unudub uzaqbaşı

[nəqərat]
yandır, yandır bir siqaret gecəyə
saatın fərqi varmı, neçə? gəl
hər şeyi yandır, at, heçə gəl
kül olsun hər şey, sadəcə sən

yandır bir siqaret gecəyə
dumanlar ürəyimdən keçərək
soruşma, görsən, mən necəyəm
qalarmı səncə de məndə ciyər?

yandır bir siqaret gecəyə
saatın fərqi varmı, neçə? gəl
hər şeyi yandır, at,heçə gəl
kül olsun hər şey, sadəcə sən
yandır bir siqaret gecəyə
dumanlar ürəyimdən keçərək
soruşma, görsən, mən necəyəm
qalarmı səncə de məndə ciyər?

كلمات أغنية عشوائية

اهم الاغاني لهذا الاسبوع

Loading...