miro [az] – lənət كلمات اغاني
[bənd 1]
sözlər var ürəyimə təsvir
birdən_birə yaradılmış
eşq yaraları qanadırmış
kimi xalis insandır, kimi şeytanların əsli
insan suyuna batırılmış
saxta hisslərinə qapılmış
[keçid]
bilsəm mən, bu həyatın harasıdır?
hara gedim, hara sığım?
bu ömrün gedişatı bizə görə yeni bir dərsdir
kimə danışsam?
yalnız mən nə pulunu, parasını
istəmirəm, hamısını götür
həyat, üzərimə gəlmə mənim
daha bəsdir, bunun ağrısı kəsmir
məni soruşsan…
[nəqərat]
çöküb üstümə lənət
kimə cəhənnəmdir dünya, kimlərə görə cənnət
həyatın bu günü, sabahı dünənindən ibarət
kimə kimdən əmanət?
ver sevgidə eşqi, al yerinə xəyanət
köhnə kənd, yeni adət
zamanın oyunu, bədənim yorulur, yox taqət
bu gedişlə bizim sonumuz görünürsə rəzalət
vicdanda hərarət
səndən mənə ‘’çıx get’’
məndən sənə dəvət
[bənd 2]
sonsuzluğa batmışam
sanki ölümcül yuxuya yatmışam bilmədən
mən qaçmamışam heç vaxt
dərdi üzərimə dartmışam
yer yoxdurmu yer üzündə yer bilənlərə?
addımı dünyadan atmışam
bax zahirən biri var otuzlarında
amma daxilən əlli beş, altmışam…
[keçid]
amma bu həyatın harasıdır?
hara gedim, hara sığım?
bu ömrün gedişatı bizə görə yeni bir dərsdir
kimə danışsam?
yalnız mən nə pulunu, parasını
istəmirəm, hamısını götür
həyat, üzərimə gəlmə mənim
daha bəsdir, bunun ağrısı kəsmir
məni soruşsan…
[nəqərat]
çöküb üstümə lənət
kimə cəhənnəmdir dünya, kimlərə görə cənnət
həyatın bu günü, sabahı dünənindən ibarət
kimə kimdən əmanət?
ver sevgidə eşqi, al yerinə xəyanət
köhnə kənd, yeni adət
zamanın oyunu, bədənim yorulur, yox taqət
bu gedişlə bizim sonumuz görünürsə rəzalət
vicdanda hərarət
səndən mənə ‘’çıx get’’
məndən sənə dəvət
كلمات أغنية عشوائية
- kmichael › kmichael – the pogues’s “fairytale of new york” (2) كلمات اغاني
- cymphonique › cymphonique – drippin’ كلمات اغاني
- slevin kaaine › slevin kaaine – smoke it light it كلمات اغاني
- ego mackey › ego mackey – something’s missing كلمات اغاني
- cloverton › cloverton – hope inside كلمات اغاني
- ricky official › ricky official – work in progression كلمات اغاني
- rbd › rbd – esse coração كلمات اغاني
- dayshell › dayshell – digital sand كلمات اغاني
- fire ice › fire-ice – holdout كلمات اغاني
- plamen dereu › plamen dereu – heaven after all كلمات اغاني