kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

miri yusif – yolçu كلمات اغاني

Loading...

yolçu lyrics
[giriş]
hey… yolçuya bir meydan elə
dərvişi bir heyran elə, hey…

[nəqərat]
yolçuyam, məni heyran edin
qəmginəm, mənə meydan verin
mərhumam, mənə ehsan verin
yolçuyam, mən yolçuyam

yolçuyam, məni heyran edin
qəmginəm, mənə meydan verin
mərhumam, mənə ehsan verin
cahandan çıxan sözüm sınaqdır

[bənd 1]
mənim itim var, amma zənciri yox
qalxanım var, amma xəncərim yox
var imiş atım, nalları yox
belimdə cinlər, mələyim yox

ev_eşiyim, həyat yoldaşım yox
maraqlı ömür, amma yaddaşım yox
dərvişəm, mənim sirdaşım yox
cahandan çıxan sözüm sınaqdır
[nəqərat]
yolçuyam, məni heyran edin
qəmginəm, mənə meydan verin
mərhumam, mənə ehsan verin
yolçuyam, mən yolçuyam

yolçuyam, məni heyran edin
qəmginəm, mənə meydan verin
mərhumam, mənə ehsan verin
cahandan çıxan sözüm sınaqdır

[bənd 2]
var piyaləm, amma yoxdur şərbət
varımdır nemət, yoxdur bərəkət
kaş ki, nemət olmasın hikmət
ətrafdır firqan, pozulub sünnət

güzgüyə baxsam, əksimi tapmaram
canımı satsam, şeytana satmaram
qəlbim sınsa da, çöllərə atmaram
cahandan çıxan sözüm sınaqdır

[nəqərat]
yolçuyam, məni heyran edin
qəmginəm, mənə meydan verin
mərhumam, mənə ehsan verin
yolçuyam, mən yolçuyam
yolçuyam, məni heyran еdin
qəmginəm, mənə meydan verin
mərhumam, mənə ehsan vеrin
cahandan çıxan sözüm sınaqdır

[bənd 3]
hər bir sevənin öz qisməti
hər bir insanın öz hörməti
hər düşən narın öz yeri, son yeri
bədənim toz_torpaq, ruhum da köçəri

səsim quş kimi uçubdur göyləri
bəstəkarım küləkdir, əsər elləri
alətlər ağacların simləri
cahandan çıxan sözüm sınaqdır

gəl sürüşginən dalımca
görsədim sənə yüksək zirvə
orada buludlar zənnimcə
olar sənə yaxın dost, ya kirvə

gəl sürüşginən dalımca
görsədim sənə yüksək zirvə
orada buludlar zənnimcə
olar sənə yaxın dost, ya kirvə
hey ilahi, mənə görsət tövbəmi
hansı verər mənim övlad tikəmi?

كلمات أغنية عشوائية

اهم الاغاني لهذا الاسبوع

Loading...