madteen – ən xoş anımsan كلمات اغاني
[nəqərat]
dön bir bizə bax
sənlə gözəl ahəngimiz var
necə hüzur dolu bir an
həyatımın ən xoş anısan
dön bir bizə bax
sənlə gözəl ahəngimiz var
necə hüzur dolu bir an
həyatımın ən xoş anısan
[bənd 1: rəssam]
gözəlim, çəkilmə gözümdən
mən ruhən sənlə zənginəm yazdığım əsərdə
bilirəm…
hazırda mənim kimi bəmdəsən
fikirli gözlərimdəki ifadəni sevirsən
bilirəm, görürəm, sevirəm, dəyərlisən
bir də doğulsam, yenə sevərəm
ulduzların altında sənlə rəqs edərəm
baxaraq göyə
külək dalğalandıran saçından öpərəm
ətrin çəkərəm
hey adamım, mənə özəlsən
ürəyimə həyacan gətirənsən
düzənimsən, səliqəmsən
nə uğurum olubsa, səbəbimsən
həyatımı necə gözəl bəzəmisən
röyalarıma necə də bənzəmisən
bu qədər güclü adama neyləmisən
bu mahnı ilə rəqsimizə dəvətlisən
[nəqərat]
dön bir bizə bax
sənlə gözəl ahəngimiz var
necə hüzur dolu bir an
həyatımın ən xoş anısan
[bənd 2: barss]
gözəlim, gözlərim səndə
göylərdəyəm
deyə bilərəm
sənlə həyatımı bir yerdə bölərəm
bizi görən
üzü gülər
sözüm üzərsə
buza dönərəm
yanımda olmasan, inan ki mən ölərəm
bu möcüzə
necə gözəl
gözlər danışır, gərək duyulmur sözə
mənə dözən
demək özəl
əgər yanımdasa, çətinliyi çözərəm
ömürlük an
qəlbimi sənə həvalə etmişəm, inan
olmaz ziyan
ruhum bu sonsuz dünyada sənə həyan
keçir zaman
bu gün yaşananlar bir xatirə olar
bizə qalan
ən xoş anlarımızı yada salaq
bizə bir bax
bizə bir bax
[nəqərat: madteen]
dön bir bizə bax
sənlə gözəl ahəngimiz var
necə hüzur dolu bir an
həyatımın ən xoş anısan
[çıxış]
ən xoş anımsan…
كلمات أغنية عشوائية
- eskimo callboy › eskimo callboy – 5$ bitchcore كلمات اغاني
- mariano barba › mariano barba – me gustas كلمات اغاني
- feat keelyn ellis 8ball › feat keelyn ellis 8ball – indestructible (feat. keelyn ellis) – 8ball كلمات اغاني
- huey mack › huey mack – nights we live for (produced by ric and thadeus) كلمات اغاني
- nicholis louw › nicholis louw – sit die lig aan كلمات اغاني
- front line assembly › front line assembly – plasticity كلمات اغاني
- chroming rose › chroming rose – gods of noise كلمات اغاني
- skillet › skillet – your name is holy كلمات اغاني
- olivia ong › olivia ong – killing me softly with his song كلمات اغاني
- heavy vegetable › heavy vegetable – saloon كلمات اغاني