kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

liyamsi – olsa كلمات اغاني

Loading...

[giriş]
çatmır səbrim
tanrı nədir?
ah, ah
çatmır səbrim

[nəqərat]
çətin gəlir hər şey mənə hər sabah
sağ qalmalıyam, bu yormasa da, yorsa da
lazım milyon dollar xəyallarımçün
amma bacaracam, olmasa da, olsa da

çətin gəlir hər şey mənə hər sabah
sağ qalmalıyam, bu yormasa da, yorsa da
lazım milyon dollar xəyallarımçün
amma bacaracam, olmasa da, olsa da

[bənd 1]
dünya rəngli, amma görürəm qara
problemlər içində itib bataram
toxunmasan mənə, 5 il yataram
sanki yola düşən təkcə qataram

yamaq_yamaq qollar
getdiyim bu yollar
məzarlar solumda
insanlar şeytanın donunda a_a
küçə_küçə gəzib tapıb özümü
mən yaşaya_yaşaya dadıb ölümü
üzümdə qırışın qatı görünür
qəlbim neçə parça yerə bölünüb

fərqli_fərqli rollar aa
ovçular və ovlar
səssiz olsam
xəyal qursam
yatsam, dursam
olsa_olsa
ətrafımda yaxşı dostlar
olsa_olsa
bir neçə milyon dollarım
olsa_olsa
uzaq olmaz xoşbəxt sonlar
olsa_olsa ey
olsa_olsa
olsa!

[keçid]
addım_addım azdır
mənə lazım ardı, tanrı, yardım, yardım
qəlbim yanğın, elə bil susuz qaldım
hiss edirəm yaxınam, sənə çatıb vaxtın
[nəqərat]
çətin gəlir hər şey mənə hər sabah
sağ qalmalıyam, bu yormasa da, yorsa da
lazım milyon dollar xəyallarımçün
amma bacaracam, olmasa da, olsa da

çətin gəlir hər şey mənə hər sabah
sağ qalmalıyam, bu yormasa da, yorsa da
lazım milyon dollar xəyallarımçün
amma bacaracam, olmasa da, olsa da

[çıxış]
geyindim bakının bozunu
elə bil udmuşam şəhərin tozunu
yenə də artırıb spirtin dozunu
dilimdə sözlərim boğulub, insan da yorulur

insanlar yorulub yaşamaqdan
aydın açılmır bu sabahlar
dönəcək içində buza dağlar
bəlkə düzəldi hər şey bu sabahdan?

كلمات أغنية عشوائية

اهم الاغاني لهذا الاسبوع

Loading...