l-mir – qara buludlar كلمات اغاني
[nəqərat]
başımın üstünü qara buludlar aldı
göylərə ucalmaq yenə özgəyə qaldı
gördüm yağış yağır, dolur damsız sinəmə
dedim, dur yığış, gedirsən cəhənnəmə
[bənd 1]
mənim sözlərimdə bəlkə də, yoxdur dərin fəlsəfə
amma yazdığım nəfəsdən də yaxındı, hər kəsə
yaxın olmaq bacarığım üstündü döyüşməkdən
mən bezmirəm yaşadığımı bölüşməkdən
zəif yerlərimi, yaralarımı gizlətmirəm
nə də ki, mahnılarda yaşamağı öyrətmirəm
ürəyimi açıram, qəlbimi açmaq üçün qanad
dinləyici gözlərində axtarır ikinci kainat
cansız sətirlərdən uzaq tutur əlin qələmi
dilim kəlməni, eşqim öz köləni
ağıllılardan yaxındı çox doğma dəlilərin
mən qəlbləri titrədəndə əsir öz əllərim
xəyanətim, nifrət, xoşbəxt anlarım
misraların arasında var səhvlərim, nöqsanlarım
gözümdən axan, vərəqə köçürülən hər damcısı
həyatdan götürülmüş hadisələrdir hamısı
[nəqərat]
başımın üstünü qara buludlar aldı
göylərə ucalmaq yenə özgəyə qaldı
gördüm yağış yağır, dolur damsız sinəmə
dedim, dur yığış, gedirsən cəhənnəmə
[bənd 2]
rep qır_saqqız kimi əl çəkmir məndən həyat boyu
istər iş olsun, istər yaxın yoldaşın toyu
pis_yaxşı yaşadığım ömrün hər dövrü
sənətimdə də həmişə öz izini qoyur
yadıma düşür doxsanların əvvəli
dostluğun təməli – hər şey üzə deməli
kimlə gülmək, kimlə ölümə getmək örnək
çörək bölmək, bölmə görmək
iki nəfərə bir köynək geyinilərdi toya
dostla söhbət sığmazdı bir çaynik çaya
itirdiyim qismət olsun tapana indi
mən sevinirəm indi yeyilmiş dabana indi
və gözləmirəm çiynimə qonsun şadlıq quşu
bəlkə də, bu içimdə uşaqlıq coşur
uşağım soruşur, bəs gördün hansı?
həyatdan götürülmüş hadisələrdi hamısı
[nəqərat]
başımın üstünü qara buludlar aldı
göylərə ucalmaq yenə özgəyə qaldı
gördüm yağış yağır, dolur damsız sinəmə
dedim, dur yığış, gedirsən cəhənnəmə
başımın üstünü qara buludlar aldı
göylərə ucalmaq yenə özgəyə qaldı
gördüm yağış yağır, dolur damsız sinəmə
dedim, dur yığış, gedirsən cəhənnəmə
كلمات أغنية عشوائية
- sera cahoone › sera cahoone – dusty lungs كلمات اغاني
- father john misty › father john misty – main man كلمات اغاني
- augustyn › augustyn – wypowiedzenie krucjaty (intro) كلمات اغاني
- sera cahoone › sera cahoone – taken its toll كلمات اغاني
- vulpix › vulpix – hypnoking كلمات اغاني
- dennis deyoung › dennis deyoung – the promise of this land كلمات اغاني
- trysail › trysail – free turn كلمات اغاني
- baxwill › baxwill – different كلمات اغاني
- mur blanc › mur blanc – once in a while كلمات اغاني
- error 404 deu › error 404 (deu) – morgen كلمات اغاني