kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

l-mir – mən daha əvvəlki kimi olmaram كلمات اغاني

Loading...

[nəqərat]
istəmərəm ki dost mənə gəlsin kələk
amma bu da olsa deyərəm, neyləyək?
istərdim ki tək sevinclə dolsun ürək
işdi kədərlə dolsa, deyərəm neyləyək?

istəmərəm ki dost mənə gəlsin kələk
amma bu da olsa deyərəm, neyləyək?
istərdim ki tək sevinclə dolsun ürək
işdi kədərlə dolsa, deyərəm neyləyək?

[bənd 2]
buna da şükür! indi mənimki belə gətirib
var adam hər şeyini birdən itirib
baxırsan ki, heç vecinə də deyil
onun yanında mənim dərdim heç nə deyil

sadəcə mən taleyimlə dil tapmıram
fikrimdən gecələr yatmıram heç
gözümə yuxu gəlir səhərə yaxın
həyatın dadı yenə zəhərə yaxın

haydı dar günümdü, dostlar hardasız?
nə vaxtdan bəri itki olub ağrısız?
nə vaxtdan ayrılıq kədərsiz keçir?
nə vaxtdan görüşlər xəbərsiz keçir?
mən güllərin ətrini çoxdan itirdim
mən əsl məktəbi küçələrdə bitirdim
mən anamın təbəssümü üçün yaman darıxdım
mən nəfsimin ipini yenə boş buraxdım!

bir dəli şeydan deyir ki, tüpür hər şeyə
bundan sonra hamı necə sən elə
nə dost? nə qardaş? nə görüşmək?
ancaq öz xeyirini güdüb iş görmək

düzgünlük yolunda qurbanım çox oldu
hamı üçün yaxşı olmaq istəyim yox oldu
zəng vuraram hərdən yada salaram
amma day əvvəlki kimi olmaram!

[nəqərat]
istəmərəm ki dost mənə gəlsin kələk
amma bu da olsa deyərəm, neyləyək?!
istərdim ki tək sevinclə dolsun ürək
işdi kədərlə dolsa, deyərəm neyləyək?!

istəmərəm ki dost mənə gəlsin kələk
amma bu da olsa deyərəm, neyləyək?!
istərdim ki tək sevinclə dolsun ürək
işdi kədərlə dolsa, deyərəm neyləyək?!
[bənd 2]
mən çalışaram həyatda yaxşı ata olum
nə vaxtsa məni də gözləyir bu ölüm
qızım dərk edəndə ki, ata bir gün gedəcək
yazdığım mahnılar köməyinə gələcək

daha olmaram əvvəlki kimi sadəlövh
məni götürə bilməz girov
işiniz avand olsun, gedin rahat!
siz sağ, mən salamat, çünki

istilik yoxdu, yaxşılığı da heç kim ummur
sadəcə o qardaşlıq nəsə hiss olunmur
hər kəsin öz dərdi, öz işi gücü
hərə özü üçün seçib bir küncü

de görüm hardan biləsiz nədir qəm şirəsi
sizə dəyməyibsə hayatın şilləsi
sizə vermirsə əzab öz keçmişiniz
sizin heç vaxt olmursa vicdanla işiniz

mənə fələk havasını zorla rəqs etdirir
və yalnız gözlərim qəlbimi əks etdirir
əsl dost əlindən tutub ürəyini hiss edir
məni qalan xatirələr tək isidir!
bəs edir! heç kəsi yormayacam
mən qabaqki kimi sadə daha olmayacam
kəsilən çörəyi də heç vaxt taptalamaram
amma daha əvvəlki kimi olmaram!

[nəqərat]
istəmərəm ki dost mənə gəlsin kələk
amma bu da olsa deyərəm, neyləyək?
istərdim ki tək sevinclə dolsun ürək
işdi kədərlə dolsa, deyərəm neyləyək?

istəmərəm ki dost mənə gəlsin kələk
amma bu da olsa deyərəm, neyləyək?
istərdim ki tək sevinclə dolsun ürək
işdi kədərlə dolsa, deyərəm neyləyək?

كلمات أغنية عشوائية

اهم الاغاني لهذا الاسبوع

Loading...