kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

jaman [az] – yaşıl كلمات اغاني

Loading...

[giriş]
sən, bir də yaşıl
sən, bir də yaşıl
sən, bir də yaşıl
sən, bir də gecələr

sən, bir də yaşıl
sən, bir də yaşıl
sən, bir də yaşıl
sən, bir də gecələr

[bənd 1: jaman]
yaşılı yaşla, heç nə vermir axı bir başla
sərsəm başla, dünyaları önümə sərsən başdan
qırmızı gözlərin ağlımı alırdı tam başdan
bambaşqa mövzusan sən, səni yaşamaq olmur ayıq başına
qıyıq baxışlar, çəkib uzaq düşək, kimə uzaqdır şey, dünyadan uzaq düşək

elə bilmə ki, gedişin üzür məni, yuxusuz gecələr özü hüzur yəni
can dözür, həri, “доза полная, нас не запомнят люди сонные”

qarışır beyində rəngbərəng həyat
gəl, həyatıma birgə rəng qataq
bircə zəng səsinə tüstü zərbəsi
qurumuş dodağımı isti söz kəsir
məni anlaya bilmir hər sevdiyim, ona verdiyim dəyəri “tərk et” deyir
niyə anlaya bilimirlər ki, vurulduğum ətrin ən xoşunu “tərgit” deyib
“gəl_get” deyir, amma xəyallarda, ya da uzaq dur, qədərin intizarda
səni gözümdə qurudub yaşlamıram, gəl haçansa qovuşaq buludlarda

[nəqərat: ali ashikar]
gecələr aydınladırdı otağımı pəncərədən bir işıq
qarma_qarşıqdır duyğular, içimdə birləşərək gözdən aşır
dolaşır saçların üstümə, yataqda sol yanımda gül, bir də yaşıl
sən, bir də yaşıl, ey, sən, bir də yaşıl

gecələr aydınladırdı otağımı pəncərədən bir işıq
qarma_qarşıqdır duyğular, içimdə birləşərək gözdən aşır
dolaşır saçların üstümə, yataqda sol yanımda gül, bir də yaşıl
sən, bir də yaşıl, ey, sən, bir də yaşıl

[bənd 2: jaman]
yaşıl rəngdədir sevgimiz də, aha, batmışıq artıq günaha biz də
sevgidə qoyduq bir iz ki, görünür qırmızı piqment yaşıl gözdə
“рызла, фальга” biz nə hayda, siz nə hayda?
ayda bir kərə maaşı gözləyin, olacaq nə vaxtsa yəqin faydalar (əlbət fayda)

“фальга”nı yandır, yuxarıdan aşağı sürüşsün eşq, vidə bürünsün eşq
yuxumuz qaçsın, bir az da dincələk, nə qədər cibdə varsa keş

gülən gözlərinə yaraşıq olmuşam
tüstülü ətrinə mən aşiq olmuşam
“каждый день” beyni qarışıq olmuşam
sən gül, mən sənə sarmaşıq olmuşam
yatmamışam hələ mənə röya gəlir, yanımdasan, amma yenə xülya gəlir
büsbütün tütün qoxan dodaqların üstümə_üstümə, durmadan gəlir
dur, madam, başım gicəllənir, sənin gözlərin göy qurşağıdır, nədir
elə bil haçansa sormadan gəlib şair sinəsinə soyumadan təbi, ey!

كلمات أغنية عشوائية

اهم الاغاني لهذا الاسبوع

Loading...